Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Gün ərzində bir dəfə yemək arıqlamağa kömək edə bilərmi?

Gün ərzində bir dəfə yemək arıqlamağa kömək edə bilərmi?
Sakura

Gün ərzində bir dəfə yemək arıqlamağa kömək edə bilərmi?

Bir çox insanlar elə düşünürlər ki, gündə cəmi bir dəfə yemək yeyərsə, arıqlayacaq. Əslində isə hər şey düşünüldüyü qədər sadə deyil.

Söhbət orqanizmi gündə bir yeməklə kifayətlənməyə öyrətməkdən gedir ki, bu, ekstremal pəhriz növü sayılır. Nəzəriyyəyə görə, bu proses piyin təbii yandırılmasına imkan yaradır. Gündə bir dəfə yemək yedikdə, orqanizm bu qidadan alınan enerjidən istifadə etməyə məcbur olur. Bir neçə yemək yeyirsinizsə, onda bədənin gün ərzində istifadə etdiyi kifayət qədər enerji mənbəyi var. Əslində, bunun başqa adı dövri ac qalmadır.

Tədqiqatlar göstərir ki, gündəlik kalori qəbulunu 20-25% azaltmaq ürək sağlamlığını gücləndirir. Ens.az saytı bildirir ki, aparılan araşdırmalar zamanı məlum olub ki, dövri aclıq yaşlı insanların yaddaşına da müsbət təsir göstərir, onların ömrünü uzadır. Gündə bir yeməkli pəhriz qan şəkərinə nəzarət etməklə bağlı da suallar yaradır. Diabet xəstələri həkimlə məsləhətləşmədən bu tip pəhrizə riayət etməməlidir.

Bu pəhriz hamilə və uşaq əmizdirən analara tövsiyə edilmir - onların kalori ehtiyacları artır. Mədə-bağırsaq xəstəliklərindən əziyyət çəkənlər də bu qidalanma tərzinə başlamazdan əvvəl həkimə müraciət etməlidirlər. Ümumiyyətlə, hər hansı bir pəhrizə başlamazdan əvvəl qidalanma mütəxəssisiniə baş çəkmək faydalıdır.

Mənbə: www.med2.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünya tarixində ən sürətli nəsil artırmaq göstəricisi Mərakeş sultanı Mulay İsmayilə aiddir. İldə 58 uşaq ilə nəsil artırıb. 31 yaşında onun artıq 525 oğul, 342 qız övladı var idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR