Dərc edildi: Baxış sayı: 301
Güllələnən yeniyetmənin nənəsi Fransada iğtişaşlara son qoymağa çağırıb
Ölümü bütün Fransada etirazlara səbəb olan 17 yaşlı Əlcəzair əsilli fransızın nənəsi iğtişaşçıları zorakılığı dayandırmağa çağırıb.
Ens.az Oxu.az-a istinadən xəbər verir ki, o, bu barədə bazar günü BFM-ə müsahibəsində bildirib.
“Mən bunun hər yerdə dayandırılmasını istəyirəm. İndi iğtişaşlar törədən insanları dayanmağa çağırıram”, - deyə Nadia adlı qadın bildirib.
O qeyd edib ki, aqressiv nümayişçilərin “məktəblərə hücumuna” icazə verilməməlidir.
Qadın həmçinin polis məmurlarına qarşı hücumlara qarşı olduğunu vurğulayıb və əlavə edib ki, son sözü Fransa ədaləti deyəcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət