Dərc edildi: Baxış sayı: 568
Güləşdə Azərbaycandan olimpiadaya ilk vəsiqəni Stadnik qazandı
Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən güləş üzrə dünya çempionatında Azərbaycan 2020 Tokio Olimpiadasına ilk vəsiqəni əldə edib.
Oxu.Az xəbər verir ki, qadınlar arasında 50 kq çəki dərəcəsində yarışan təmsilçimiz Mariya Stadnik nigeriyalı (10:0), hindistanlı (9:2) və rusiyalı idmançıları (11:0) məğlub edərək yarımfinala çıxıb.
Onun yarımfinaldakı rəqibi çinli Yanan Sun olacaq. Yarımfinal görüşləri Bakı vaxtı ilə saat 14:45-dən sonra başlayacaq.
Qeyd edək ki, olimpiya mükafatçısı, dünya və Avropa çempionu Stadnik medal qazanmasa belə, artıq yarımfinala çıxmaqla olimpiadaya bu çəkidən vəsiqə qazanan altı idmançı arasına düşüb.
Onu da bildirək ki, olimpiya çəkisində yunan-Roma güləşçilərimizdən heç biri yarımfinala çıxmadığından, Mariya ilk vəsiqəni təmin edən idmançımız olub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət