Slimfit
  1. İDMAN

Güləşçimiz dünya çempionatında ermənini məğlub etdi

Güləşçimiz dünya çempionatında ermənini məğlub etdi
Sakura

Macarıstanın paytaxtı Budapeştdə keçirilən güləş üzrə dünya çempionatı davam edir

Macarıstanın paytaxtı Budapeştdə keçirilən güləş üzrə dünya çempionatı davam edir.

Oxu.Az xəbər verir ki, yarışın altıncı günündə dörd çəkidə yunan-Roma güləşçilərinin mübarizəsinə start verilib.

Avropa çempionu Eldəniz Əzizli (55 kq) ilk mərhələdə macar rəqibini cəmi bir dəqiqəyə məğlub edib. 1/8 finalda o, çinli idmançı ilə qarşılaşacaq.

Taleh Məmmədov (63 kq) təsnifat mərhələsində çətinliklə də olsa, norveçli həmkarını üstələyib. Taleh 1/8 finalda erməni həmkarı Slavik Qaltsyandan güclü olub – 3:1.

Dünya çempionu Rəsul Çunayev (72 kq) mübarizəyə 1/8 finaldan qoşulub və yapon rəqibinə qalib gəlib. O, 1/4 finalda da qalib gələrək yarımfinala vəsiqə qazanıb.

Rafiq Hüseynov (82 kq) da yarışa 1/8 finaldan başlayıb və bolqar güləşçi ilə gərgin keçən görüşdə əzmkar qələbəyə sevinib. Hesabda 0:3 geridə olsa da, yekun nəticə Hüseynovun xeyrinə olub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bir şəklin tarixçəsi - Heydər Əliyev: “Mən o kişinin işinə qarışa bilmərəm” – Şuşa, 29 iyul, 1982-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR