Dərc edildi: Baxış sayı: 485
Güləşçimiz Dağıstanda bürünc medal qazanıb
Dağıstanın Kaspiysk şəhərində sərbəst güləş üzrə Əli Əliyevin xatirə turniri keçirilir.
Azərbaycan Güləş Federasiyasından Azvision.az -a verilən məlumata görə, 50-ci dəfə təşkil olunan memorial mayın 1-də start götürüb. Yarışın 2-ci günündə Nurməhəmməd Hacıyev (97 kq) fəxri kürsüyə qalxıb. Avropa çempionatının bürünc medalçısı üçüncü yer uğrunda görüşdə komanda yoldaşı Aslanbek Alborova qalib gəlib.
Qeyd edək ki, ənənəvi turnirə bu gün yekun vurulacaq.
Qeyd edək ki, ənənəvi turnirə bu gün yekun vurulacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət