Dərc edildi: Baxış sayı: 411
Güləşçilərimizdən növbəti uğur
usiya Federasiyasının Saxa Respublikasının Yakutsk şəhərində Dmitri Korkinin xatirəsinə həsr olunan sərbəst güləş üzrə beynəlxalq turnir başa çatıb.
Azərbaycan Güləş Federasiyasından AzVision.az-a verilən məlumata görə, yarışların sonuncu günündə daha iki güləşçimiz fəxri kürsüyə qalxıb. Əhmədnəbi Qvarzatilov (61 kq) finalda Monqolustan təmsilçisinə 8:4 hesabı ilə qalib gələrək çempion olub. İbrahim Yusubov (79 kq) isə Türkiyədən olan rəqibini 12:8 hesabı ilə məğlub edərək üçüncü yeri tutub.
Xatırladaq ki, bir gün əvvəl Nurməhəmməd Hacıyev (97 kq) qızıl, Pərviz İbrahimov (57 kq) gümüş, Hacımurad Ömərov (74 kq) bürünc medal qazanıb.
Xatırladaq ki, bir gün əvvəl Nurməhəmməd Hacıyev (97 kq) qızıl, Pərviz İbrahimov (57 kq) gümüş, Hacımurad Ömərov (74 kq) bürünc medal qazanıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət