Slimfit
  1. İDMAN

Güləşçilərimiz Moskva Qran-prisində medallar qazandı

Güləşçilərimiz Moskva Qran-prisində medallar qazandı
Sakura

Güləşçilərimiz Moskva Qran-prisində medallar qazandı

Noyabrın 8-də Rusiyada keçirilən güləş üzrə Moskva Qran-Prisinə yekun vurulub.

Ens.az Unikal.org-a istinadən xəbər verir ki, güləşin bütün növləri üzrə təşkil olunan turnirdə ölkəmizi böyük məşqçi Zəlimxan Hüseynovun rəhbərliyi altında sərbəst güləş yığmamızın bir neçə üzvü təmsil edib.

Olimpiya çəki dərəcələri üzrə keçirilən yarışda güləşçimiz Şamil Zubairov (97 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İslam Bazarqanov (57 kq) və Davud İbrahimov (65 kq) gümüş medal əldə edib. Gitinoməhəmməd Hacıyev (74 kq) və Osman Nurməhəmmədov (86 kq) isə Qran-Prini üçüncü pillədə başa vurublar.

Beləliklə, komandamız turnirdə 1 qızıl, 2 gümüş və 2 bürünc medal əldə edib.

 

Qeyd edək ki, görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Sədi Quliyev təmsil edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Təsirli foto! Aprel Şəhidimiz Mahir Mirzəyevin əsgərliyə gedərkən atası ilə görüşü..

Redaktor seçimi

SON XƏBƏRLƏR