Dərc edildi: Baxış sayı: 317
Güləşçilərimiz Minskdən 11 medalla qayıdır
Belarusun paytaxtı Minskdə sərbəst güləş üzrə üçqat olimpiya çempionu Aleksandr Medvedin şərəfinə keçirilən beynəlxalq turnir başa çatıb.
Son yarış günündə sərbəst güləşçilərimiz dörd, qadın güləşçilərimiz isə üç medal qazanıb.
Belə ki, Şərif Şərifov (92 kq) və Camaləddin Məhəmmədov (125 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Ağahüseyn Mustafayev (70 kq) və Anjela Doroqan (53 kq) II, Murtuzəli Müslümov (70 kq), Elmira Qəmbərova (62 kq) və Səbirə Əliyeva (76 kq) isə III yeri tutub.
Beləliklə, millimiz turniri 11 medalla tamamlayıb. Qeyd edək ki, dünən Hacı Əliyev (65 kq), Murad Süleymanov (86 kq), Tatyana Omelçenko (59 kq) gümüş, İrina Netreba (65 kq) bürünc medal qazanmışdı.
Mənbə: AzVision.az

Şərhlər
Şərhləri göstər Şərhləri gizlət