Dərc edildi: Baxış sayı: 532
Güləşçilərimiz İstanbulda beş medal qazanıblar
İstanbulda keçirilən Vehbi Əmrə və Hamit Kaplanın xatirə turnirinə yekun vurulub. On bir ölkədən 200-ə yaxın güləşçinin mübarizə apardığı yarışın sonuncu günündə yığmamız daha iki medal qazanıb.
AZƏRTAC xəbər verir ki, Murad Məmmədov (60 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Oyan Nəzəriani (130 kq) isə gümüş medala sahib olub.
Beləliklə, millimiz ənənəvi turniri 5 medalla başa vurub. Xatırladaq ki, daha öncə Taleh Məmmədov (63 kq) ikinci, Rafiq Hüseynov (82 kq) və Orxan Nuriyev (97 kq) isə üçüncü yeri tutublar.
Yekunda 114 xal toplayan komandamız dördüncü yeri tutub.
Qeyd edək ki, II dərəcəli beynəlxalq hakim Vüqar Şükürov yarışda ədaləti qoruyub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət