Slimfit
  1. İDMAN

Güləşçilərimiz dünya çempionatından dörd medalla qayıdır

Güləşçilərimiz dünya çempionatından dörd medalla qayıdır
Sakura

Güləşçilərimiz dünya çempionatından dörd medalla qayıdır

Slovakiyanın Trnava şəhərində gənc güləşçilərin dünya çempionatı (DÇ) sona çatıb.

Oxu.Az xəbər verir ki, son yarış günündə 61, 74, 86, 92 və 125 kq-da çıxış edən sərbəst güləşçilər medalçıları müəyyənləşdirib. Yığmamız son gündə gümüş və bürünc medal qazanıb. 

Türkiyə, Macarıstan, Rusiya və Hindistan təmsilçisinə qalib gəlmiş Əbubəkr Abakarov (74 kq) finalda amerikalı rəqibinə 1:5 uduzub və gümüş medalla kifayətlənib.

Digər dağıstanlı legionerimiz Asxab Həmzətov (92 kq) isə amerikalı və ukraynalı həmkarlarını üstələdikdən sonra Qazaxıstan güləşçisi ilə bacarmayıb. Rəqib finala yüksəldiyindən, Həmzətov təsəlliverici görüşə çıxıb. Əvvəlcə Polşa, daha sonra Özbəkistan yığmasının üzvünə çətinlik çəkmədən qalib gələn Asxab dünya üçüncüsü olub.

Mübarizəyə 1/8 finaldan qoşulan Rahid Həmidli Qırğızıstan və Hindistan güləşçilərini sıradan çıxarıb və yarımfinala adlayıb. Finalın bir addımlığında Kanada idmançısı ilə gərgin keçən mübarizə həmyerlimizin minimalhesablı məğlubiyyəti ilə nəticələnib. Həmidli bürünc medal uğrunda qarşılaşmada Moldovanı təmsil edən Samxan Cəbrayılova 1:3 hesabı ilə uduzub və V yeri tutub.

Qeyd edək ki, bununla da sərbəst güləşçilərimiz DÇ-ni dörd medalla başa vurub. Daha əvvəl Hacımurad Hacıyev (70 kq) qızıl və Orxan Abbasov(79 kq) bürünc medal qazanmışdı. Ümumilikdə isə bu DÇ-də beş medal qazanmışıq. Yunan-Roma güləşində Nəzərşah Fətullayev (87 kq) bürünc medalla kifayətlənmişdi.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İsa Hüseynov, Nəbi Xəzri və Məstan Günər bacanaq idi. Onlar şair Davud Nəsibin bacıları ilə evlənmişdilər.

Redaktor seçimi

SON XƏBƏRLƏR