Slimfit
  1. CƏMİYYƏT

Gülər Paşayevaya yeni vəzifə verildi

Gülər Paşayevaya yeni vəzifə verildi
Sakura

Gülər Paşayevaya yeni vəzifə verildi

Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasına yeni sədr təyin edilib.

Ölkə.az Fonda istinadən xəbər verir ki, bu, Azərbaycan Mərkəzi Bankının (AMB) Baş direktoru Gülər Paşayevadır.

O, indiyə qədər Şuranın sədr müavini olub və sədr vəzifəsində AMB-nin digər Baş direktoru Toğrul Əliyevi əvəz edib.

G.Paşayevanın əvvəlki vəzifəsinin icrası isə AMB-nin daha bir baş direktoru Şahin Mahmudzadəyə həvalə olunub.

Şuranın digər üzvləri isə əvvəlki qaydada Elnur Əliyev (iqtisadiyyat nazirinin I müavini), Sadiq Əliyev (Əmək və Əhalilinin Sosial Müdafiəsi Nazirliyinin aparatının Strateji planlaşdırma və innovasiyalar şöbəsinin müdiri), Ziyəddin Allahverdiyev (Maliyyə Nazirliyinin aparatının Maliyyə Xidmətləri üzrə siyasət şöbəsinin müdiri), Abbas İbrahimov ("Azərbaycan Beynəlxalq Bankı" ASC-nin İdarə Heyətinin sədri) və Rövşən Allahverdiyevdir (“Kapital Bank” ASC-nin Müşahidə Şurasının sədri).

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nəriman Nərimanov 28 yaşında. Bakı, 1898-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR