Slimfit
  1. MARAQLI

Güclü ürəyə sahib olmağın ən asan və ucuz yolu - Gün ərzində bunları etsəniz...

Güclü ürəyə sahib olmağın ən asan və ucuz yolu - Gün ərzində bunları etsəniz...
Sakura

Güclü ürəyə sahib olmağın ən asan və ucuz yolu - Gün ərzində bunları etsəniz...

Kardioloqlar gündəlik həyatda ürəyin sağlam qalması üçün qəbul olunması vacib olan qidaların adlarını açıqlayıb.

Publika.az xəbər verir ki, ürək-damar mütəxəssisləri hər gün 1 diş sarımsaq, həftədə 3 dəfə fındıq, həftədə 3 gün isə lobya və noxud yeyilməsini məsləhət görür. Həmçinin çayın yaşıl, üzümün qırmızı olanını seçməyi üstün tuturlar.

Nizamlı bəslənmək və hər qidadan lazımi qədər istifadə etmək ürəyin sağlamlığı üçün olduqca əhəmiyyətlidir. Bədənin ehtiyacı olduğu qədər qida qəbul etməsi artıq çəkidən qurtulmağa da kömək edir.

Mütəxəssislər bildirir ki, güclü ürəyə sahib olmaq üçün qızartma yeməklərdən imtina etmək, xəmir xörəkləri, fəst-fud, çips və bənzər qidalardan da uzaq durmaq lazımdır. Həmçinin, meyvə və tərəvəzlərin kalori miqdarına diqqət etmək önəmlidir.

Lakin bu mütəxəssislərin tövsiyələri kifayət etməz. Güclü və sağlam bir ürəyə sahib olmaq üçün o ürəkdə həm də sevgi, mərhəmət, sadiqlik, inam kimi keyfiyyətlərin olması önəmlidir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynəlabdin Tağıyevin dəstəyi ilə təşkil olunan qızlar məktəbi, Bakı

Redaktor seçimi

SON XƏBƏRLƏR