Dərc edildi: Baxış sayı: 417
Güclü külək Bakı məktəblərində ciddi problemlər yaratmayıb
Güclü külək nəticəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrində ciddi problemlər qeydə alınmayıb.
Ens.az-ın məlumatına əsasən,bu barədə "Report"un sorğusuna cavab olaraq idarədən bildirilib.
Məlumata görə, bir neçə təhsil müəssisəsinin həyətyanı sahəsində ağacların aşması halları müşahidə olunub. Bu barədə aidiyyəti qurumlara məlumat verilib və müvafiq tədbirlər görülüb. Hava şəraiti davamiyyətə təsir etməyib.
Qeyd edək ki, təhsilalanların və təhsilverənlərin təhlükəsizliyinin, təhsildə fasiləsizliyin təmin olunması diqqət mərkəzində saxlanılan əsas amillərdəndir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət