Slimfit
  1. MARAQLI

Güclü əzələyə sahib olmaq üçün mütləq yeyilməli 16 qida

Güclü əzələyə sahib olmaq üçün mütləq yeyilməli 16 qida
Sakura

Güclü əzələyə sahib olmaq üçün mütləq yeyilməli 16 qida

Güclü əzələlərə sahib olmaq üçün mütəmadi idman etmək lazımdır. Lakin bəzi qidalar var ki, əzələ yığmaq prosesini asanlaşdırır.

Publika.az həmin qidaları təqdim edir.

Yumurta

Hər yumurtanın tərkibində 6-8 qram arası protein var. Eyni zamanda, vitamin, dəmir və kalsiumla zəngindir.

Balıq yağı

Balıq yağı vücud üçün əhəmiyyətli bir köməkçidir. Metabolizmi sürətləndirir.

Toyuq

Hər toyuqda 30-100 qram arası protein var. Qızardaraq və ya sobada bişirərək istifadə edə bilərsiniz.

Yulaf

Yulaf sağlam qidadır. Lif, protein, mineral və vitamin deposudur.

Ananas

Ananasın tərkibində proteini parçlayan bromelein adlı maddə var. İdmandan sonra, səhər yeməyində, ara öyünlərdə istifadə edə bilərsiniz.

Banan

Olduqca qidalandırıcı meyvədir. Şəkər səviyyəsi yüksək olsa da, əzələ yığmaqda kömək edir.

Brokolye

İspanaq, pomidor, qarğıdalı və bibərlə birlikdə salatlarda istifadə edin. Bu tərəvəz mineral və lif qaynağıdır.

İspanaq

Araşdırmaçılar bildirir ki, ispanağın tərkibindəki “fitoetidosteroid” maddəsi 20% əzələ böyüməsi yaradır.

Süzmə pendir

Protein baxımından zəngindir. Uzun müddət tox saxlayır.

Mərci və noxud

Protein əldə etmək üçün ət yemək məcburiyyətində deyilsiniz. Vegeterianlar protein üçün bu qidalardan istifadə edə bilər.

Qırmızı balıq

Omeqa 3 birləşmləri əzələnin inkişafında əhəmiyyətli yer tutur. Balıq metabolizmi sürətləndirir.

Şirin kartof

Mükəmməl A və C vitamini, kalium, mis, fol turşusu qaynağıdır.

Qəhvəyi düyü

Olduqca sağlam karbohidratdır. Enerji verir.

Badam

Protein və yağ baxımından əsasdır. E vitamini var. Qüvvətli antioksidantdır.

Şokoladlı süd

İdmandan sonra içmək məsləhətdir. Yorğunluğu aradan qaldırır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəkil çəkən it

Redaktor seçimi

SON XƏBƏRLƏR