Slimfit
  1. AZƏRBAYCAN

"Gücləndirilmiş iş rejimi davam edir" - “Azərişıq”-dan açıqlama

"Gücləndirilmiş iş rejimi davam edir" - “Azərişıq”-dan açıqlama
Sakura

"Gücləndirilmiş iş rejimi davam edir" - “Azərişıq”-dan açıqlama

Ölkənin bir sıra regionlarında havanın kəskin soyuması, dolu və yağışın yağması ilə əlaqədar "Azərişıq" ASC gücləndirilmiş iş rejiminə keçib.

Son vəziyyətlə bağlı "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev Redaktor.az-a açıqlama verib.

Qurum rəsmisi bildirib ki, ötən gün axşam saatlarından etibarən qəza təhlükəsi yaranan ərazilər nəzarətə götürülüb və hazırda təhlükəli vəziyyət yoxdur:

“Elektrik xətlərimizə problem yaradacaq maneələrlə bağlı qabaqlayıcı işlər görülüb. Güclü külək əsasən Şimal-qərb, Cənub bölgəsi, Dağlıq rayonlar, xüsusən də Zaqatala, Lerik, Yardımlı, Daşkəsən, Tovuz rayonlarında müşahidə olunub. Lakin heç bir qəza hadisəsi baş verməyib. Hava şəraiti düzələn kimi əməkdaşlarımız operativ şəkildə xətləri bərpa ediblər. Gücləndirilmiş iş rejimi hava şəraiti tam düzələnə qədər davam edəcək”.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi məlumatına əsasən Quba, Göygöl, Gəncə, Daşkəsən, Lənkəran, Astara, Yardımlı, Biləsuvar, Şamaxı və Naxçıvanda hava küləkli və yağışlı keçir. Ötən gün bəzi regionlara dolu düşüb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan Milli İncəsənət Muzeyinin açılışı. Bakı, 6 may 1937-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR