Slimfit
  1. SİYASƏT

GRECO Azərbaycanda korrupsiyaya qarşı mübarizəni qiymətləndirdi

GRECO Azərbaycanda korrupsiyaya qarşı mübarizəni qiymətləndirdi
Sakura

GRECO Azərbaycanda korrupsiyaya qarşı mübarizəni qiymətləndirdi

Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupu (GRECO) iyunun 3-də videokonfrans formatında brifinq keçirərək illik hesabat təqdim edib.

Ens.az Oxu.Az-a istinadən xəbər verir ki, GRECO-nun prezidenti Marin Mrçela və qrupun icraçı katibi Sanlula Espozito parlament üzvləri, hakimlər və prokurorlar, habelə mərkəzi hakimiyyət orqanlarında korrupsiyanın qarşısının alınması tədbirləri barədə hesabat təqdim ediblər.

“Korrupsiya vətəndaşların demokratiyaya və demokratik institutlara olan inamını sarsıdır. Buna görə korrupsiya ilə mübarizədə effektiv tədbirlərin həyata keçirilməsi və şəffaflığın artırılması dövlət qurumları üçün prioritet olmalıdır. Keçən il üzv ölkələr irəliləyiş əldə etdilər, lakin GRECO-nun tövsiyələrini tam şəkildə yerinə yetirmək üçün səylər gücləndirilməlidir”, - deyə Avropa Şurasının baş katibi Mariya Peyçinoviç Buriç bildirib.

 

GRECO prezidenti Marin Mrçela dövlət qurumlarında məsul şəxslərlə bağlı geniş yayılmış korrupsiya hallarından narahatlığını bildirib.

2019-cu ildə üzv ölkələrin GRECO tövsiyələrinə uyğunluğu bir qədər artıb, ancaq ilin sonuna qədər tövsiyələrin yalnız 36%-i yerinə yetirilib.

Həyata keçirilmiş tövsiyələrin ən aşağı səviyyəsi parlamentarilərdə (27%) müşahidə olunub, hakimlərə və prokurorlara qarşı isə bu göstərici 37% və 46% olub.

“Bu, insanların siyasətə inamının niyə çox aşağı olduğunu əhəmiyyətli dərəcədə izah edir”, -  deyə GRECO prezidenti vurğulayıb.

2919-cu ilin sonunda 18 ölkədə vəziyyət qiymətləndirilib. GRECO-nun hüquq-mühafizə orqanları üçün tövsiyələri davranış, işdə irəliləyiş və azad etmələr, maraqların toqquşması, fəaliyyətdəki məhdudiyyətlər və məlumat verənlərin qorunması ilə bağlıdır.

Azərbaycana gəlincə, 31 dekabr 2019-cu il tarixinə ölkə 21 tövsiyənin 13-nü (62%) tam yerinə yetirib. Beş tövsiyə qismən (24%) yerinə yetirilib, üçü isə yerinə yetirilməyib (14%).

31 dekabr 2019-cu il tarixinə Azərbaycan millət vəkilləri (50%), hakimlər və prokurorlara (57%) aid GRECO tövsiyələrinin ən çox payını həyata keçirən 10 ölkə arasında idi.

GRECO - Avropa Şurası tərəfindən 1999-cu ildə yaradılan beynəlxalq təşkilatdır. Təşkilatın əsas məqsədi üzv ölkələrə korrupsiyaya qarşı mübarizədə kömək etməkdir. GRECO dövlət fəaliyyəti üçün antikorrupsiya standartlarını (tələblərini) müəyyən edir və təcrübələrin bu standartlara uyğunluğuna nəzarət edir. Qrup milli antikorrupsiya siyasətindəki zəif cəhətləri aşkar etməyə kömək edir və lazımi qanunvericilik, institusional və ya əməliyyat tədbirləri təklif edir. GRECO korrupsiyanın aşkarlanması və qarşısının alınması sahəsində ən yaxşı həllərin mübadiləsi üçün bir platform təqdim edir.

Qrup 50 dövlətdən ibarətdir. GRECO-ya üzv olmaq yalnız Avropa ilə məhdudlaşmır. Lakin hazırda qrupdakı yeganə Avropa qitəsindən olmayan dövlət ABŞ-dır.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əhməd Cavadın 1914 cü ildə Gəncə şəhərində yazdığı "Çırpınırdı Qara dəniz" şeirinin orjinal mətni

Redaktor seçimi

SON XƏBƏRLƏR