Gözləntimiz ondan ibarətdir ki, növbəti illərdə Azərbaycana qarşı ikili standartların şahidi olmayaq - Ceyhun Bayramov
Bizim istəyimiz, gözləntimiz ondan ibarətdir ki, növbəti illərdə Azərbaycana qarşı ikili standartların şahidi olmayaq.
Ens.az Trend -ə istinadən xəbər verir ki, bu barədə Azərbaycan XİN başçısı Ceyhun Bayramov Belçikanın xarici işlər naziri Hadca Labiblə birgə keçirilən mətbuat brifinqində deyib.
“Xanım nazir bildirir ki, biz keçmişə yox, gələcəyə baxmalıyıq. Gələcəyə baxış tövsiyyəsini düzgün hesab edirəm. Yanvar ayından etibarən Belçika Avropa İttifaqına sədrlik edəcək. Bizim istəyimiz, gözləntimiz ondan ibarətdir ki, növbəti illərdə ikili standartların şahidi olmayaq. Bəzi hallarda Ermənistan tərəfindən təqdim olunan siyasi manipulasiyalar Avropa tərəfindən belə asanlıqla qəbul olunmasın. Ən azından bu bizim istəyimizdir”,- deyə nazir bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət