Dərc edildi: Baxış sayı: 568
Gözəllik əngəl tanımadı
Meksikada fiziki məhdudiyyətli insanlar üçün moda nümayişi təşkil olunub.
“Euronews”un məlumatına görə, nümayişdə podiuma autizm, eləcə də, görmə və yerimə problemləri olan insanlar çıxıb.
Dəfilə tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb. Moda nümayişinin keçirilməsində əsas məqsəd əlil insanları cəmiyyətə qazandırmaq, onlara qarşı münasibəti yaxşılaşdırmaqdır.
Qeyd edək ki, Meksika əlil insanların sayına görə dünyada ilk yerlərdən birini tutur. Ölkə əhalisinin 7.5 faizi fiziki məhdudiyyətli insanlardan ibarətdir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət