Slimfit
  1. TARİX

Göygöldə Son Tunc-Erkən Dəmir dövrü kurqanları tədqiq edilib

Göygöldə Son Tunc-Erkən Dəmir dövrü kurqanları tədqiq edilib
Sakura

Göygöldə Son Tunc-Erkən Dəmir dövrü kurqanları tədqiq edilib

27 iyun — 26 iyul 2018-ci il tarixdə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix üzrə elmlər doktoru, professor Arif Məmmədovun rəhbərlik etdiyi Gəncə - Göygöl arxeoloji ekspedisiyası Göygöl rayonunda arxeoloji qazıntı və çöl-tədqiqat işləri aparıb. AMEA Arxeologiya və Etnoqrafiya İnstitutundan SİA-ya verilən məlumata görə, əsas arxeoloji qazıntı işləri Göygöl rayonunun Quşqara bələdiyyəsinin ərazisində, Gəncə şəhərinin H.Əliyev parkına yaxın ərazidə, Gəncə-Şəmkir yolunun sağında, Quru qobunun sol tərəfində, Quşqara bələdiyyəsinin ərazisində yerləşən kurqan tipli qəbirlərdə aparılmışdır. Arxeoloji qazıntı işlərinə Göygöl rayon İcra Hakimiyyəti tərəfindən müvafiq köməklik göstərilib. Arxeoloji qazıntıların nəticələri göstərdi ki, əslində kurqan kimi təqdim edilən abidələr sadəcə kurqan tipli qəbirlər olub, Azərbaycanın son tunc dövrü köçəri tayfalarının adət-ənənələrini və həyat tərzini əks etdirir.

Kurqan tipli qəbirlərin üstü çay daşı ilə örtülmüşdü. Daşların arasına möhkəmlik yaratmaq və suyun kameraya dolmasının qarşısını almaq məqsədilə ağ torpaq, əhəng qatı verilib. Qəbirlərin üzərindəki daş yığını və torpağın bir hissəsi ətrafda olan istixanalardan gətirilən qalıqlardan və əkin sahələrindən toplanılan daşlardan ibarətdir. Kurqan tipli qəbirlərdən yalnız ikisində skelet qalıqlarına və son tunc - ilk dəmir dövrünə aid saxsı qabların hissələrinə rast gəlinmişdir.

Ekspedisiya tərəfindən cari mövsümdə həm də ətraf ərazilərdə arxeoloji kəşfiyyat işləri aparılmışdır. Rayonun Yeni Göyçə kəndindəki alban məbədində aparılan arxeoloji tədqiqatlar məbədin IV-V əsrlərdə tikildiyini, lakin XIX əsrdə abidədə yenidən bərpa işləri aparıldığını söyləməyə əsas verir. Məbədin tavanına saxsı qabların doldurulması akustikanın yüksəldilməsinə xidmət etmişdir. Qablar divarların arasında üzü aşağıya doğru yerləşdirilmişdir.

Göygöl rayonunda arxeoloji tədqiqat işlərinin davam etdirilməsi nəzərdə tutulur.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanlı rəssam Faiq Əhmədin yaratdığı müasir xalçalar artıq dünyada tanınır. Bu şəkili Fransanın "Creapills" xəbər portalı paylaşıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR