Slimfit
  1. AZƏRBAYCAN

Göygöldə polis əməkdaşları məktəblilərlə görüşüb

Göygöldə polis əməkdaşları məktəblilərlə görüşüb
Sakura

Göygöldə polis əməkdaşları məktəblilərlə görüşüb

Göygöl rayon Polis şöbəsinin təşkilatçılığı ilə rayonun Qızılca kənd orta məktəbində “Narkomaniyaya yox deyək”, “Erkən nikah və onun fəsadları”, “Dini radikalizmə qarşı mübarizə zamanın çağırışıdır” və “Uşaqlar və yol hərəkəti təhlükəsizliyi” mövzularında tədbir keçirilib.

Bu barədə "Report"un Qərb Mərkəzinə DİN-nin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Tədbirdə RPŞ-nin əməkdaşları, rayon icra hakimiyyətinin, məktəbin müəllim və şagird kollektivi iştirak edib. RPŞ-nin rəisi, polis polkovnik-leytenantı Mirnemət Mirbabayev belə maarifləndirici tədbirlərin əhəmiyyətindən söz açıb, şagirdlərə layiqli vətəndaş olmaları, daim vətəninin sabahını düşünən xeyirxahlığı özlərinə mayak seçmələri üçün dəyərli nəsihətlər verib.

Dini radikalizmin fəsadlarından söz açan Yetkinlik Yaşına Çatmayanlarla Proflaktiki İşin Təşkili qrupunun inspektoru, polis baş leytenantı Elçin Məmmədov radikalizmin fəsadları və qarşısının alınması yollarından, eləcə də islam dininin düzgün səpkidə gənclərə çatdırılmasının vacibliyindən bəhs edib. O, cəmiyyətimizin, xüsusilə də gənclərin radikal dini təsirlərdən qorunmasında hər birimizin üzərinə böyük məsuliyyət düşdüyünü diqqətə çatdırıb.

RPŞ-nin Narkotiklərlə mübarizə qrupunun baş inspektoru, polis mayoru Cavanşir Orucov narkomaniyanın fəsadlarından, sağlam həyat tərzi istiqamətində maarifləndirmənin vacibliyindən, ölkəmizdə narkomaniyaya qarşı aparılan mübarizədən danışaraq bildirib ki, narkomanlıq cəmiyyətin mənəvi, əxlaqi dəyərlərini sarsıdır, sosial-iqtisadi inkişafa mənfi təsir göstərir, insanların həyat və sağlamlığına ciddi təhlükə yaradır, cinayətkarlığın artmasına səbəb olur. Bu bəlaya düçar olan insanların sağlam həyata qayıtması isə artıq çətin olur.

Daha sonra çıxış edən RPŞ-nin Dövlət Yol Polisi Bölməsinin rəisi, polis mayoru Mayis Məmmədov belə tədbirlərin keçirilməsində məqsədin gələcəkdə uşaqların yol hərəkəti qaydalarını daha rahat və asan şəkildə mənimsəmələri, indidən onlarda küçə, yol, səki, işıqfor barəsində ilkin anlayışların formalaşdırılmasından ibarət olduğunu bildirib. O, eyni zamanda müəllimlər həm də valideynlər arasında maarifləndirici tədbirlərin təşkilinin uşaqların yollarda arzuolunmaz hadisələrlə üzləşməsinin qarşısını alan əsas amillərdən olduğunu vurğulayıb.

Ekən nikahın fəsadlarından söz açan rayon icra hakimiyyətinin nümayəndəsi Vüqar Hüseynov bildirib ki, gənc qızlar ailənin nə demək olduğunu dərk etsələr də, onlar erkən yaşda ərə getmək haqqında yox, mükəmməl təhsil almaq, hər hansı sahənin bacarıqlı mütəxəssisi kimi yetişmələri, milli-mənəvi dəyərlərimizə bələd olan, ədəbiyyatımızı, mədəniyyətimizi, tariximizi öyrənmələri, geniş dünyagörüşünə malik olmalarının qayğısına qalmalıdırlar. Birmənalı olaraq yetkinlik yaşına çatmayan qızların məcburən nikaha daxilolma halı valideynlər tərəfindən uşağa qarşı törədilən zorakılıq olmaqla, həm də övladının gələcəyi üçün təhlükə olduğunu, bunu edən valideynlərə qarşı qanunvericilikdə cəzaların nəzərdə tutulduğunu diqqətə çatdırıb.

Görüşün sonunda narkotiklərin zərərli təsiri ilə bağlı videoçarx izlənilib.

 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

San Fransiskoda yerləşən bir şirkətin laboratoriyada toyuq tükündən hazırladığı toyuq əti

Redaktor seçimi

SON XƏBƏRLƏR