Slimfit
  1. AZƏRBAYCAN

Göygöl rayonunda üzüm yığımı davam edir

Göygöl rayonunda üzüm yığımı davam edir
Sakura

Göygöl rayonunda üzüm yığımı davam edir

Göygöl rayonunda üzüm yığımı davam edir.

Respublikamızın zəngin üzümçülük və şərabçılıq ənənələri ilə seçilən bölgələrindən olan Göygöl rayonunda üzüm növlərinin yığımına başlanılıb.

Rayon Statistika İdarəsinin rəisi Elşən Məmmədov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, bu vaxta qədər sahələrdən 663,8 ton üzüm yığılıb.

2003-cü ildə üzüm bağlarının sahəsinin 20 hektara düşdüyünü deyən Elşən Məmmədov qeyd edib ki, dövlət dəstəyi nəticəsində hazırda rayondakı üzüm bağlarını 945,2 hektara çatdırmaq mümkün olub.

Həmin bağların 85 hektarı süfrə üzümü, 860,2 hektarı isə şərab üzümüdür. İndiyədək sahələrdən 174,6 ton süfrə üzümü, 489,1 ton şərab üzümü toplanılıb. Bu il yüksək məhsuldarlığın gözlənildiyi rayonda hazırda üzüm yığımı davam edir.

Qeyd edək ki, Göygöl rayonunda üzümün əsasən “Bayan-Şirə”, “Mədrəsə”, “Rkasiteli”, “Saperavi”, “Kaberne-Savinyon”, “Pino” və başqa sortları becərilir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Don Kixot romanının müəllifi olan M.Servantes, Memar Sinanın tikdirdiyi Kılıç Əli Paşa Məscidində fəhlə işləyib

Redaktor seçimi

SON XƏBƏRLƏR