Slimfit
  1. MƏTBƏX

Göyərtini təmiz yumağın yolları - Təhlükədən qorunun

Göyərtini təmiz yumağın yolları - Təhlükədən qorunun
Sakura

Göyərtini təmiz yumağın yolları - Təhlükədən qorunun

Çiy halda yeyilən hər meyvə və tərəvəz istifadə edilməzdən əvvəl mütləq yaxşı yuyulmalı və kimyəvi dərmanlardan, bakteriyalardan, torpaq qalıqlarından təmizlənməlidir. Ancaq göyərtilərdə bu vəziyyət daha çox diqqət tələb edir. Çünki göyərtiləri həm çiy olaraq istifadə edildiyi üçün mikroblardan təmizləmək daha çətindir, həm də yarpaqlar arasında qalmış qum və torpaq qalıqları olma ehtimalı çoxdur.

Pubika.az göyərtinin düzgün yuyulma qaydasına aid yazını təqdim edir.

Marketdən və ya bazardan alınan göyərtiləri yumazdan əvvəl kökləri mütləq kəsilməlidir. Göyərtiləri gözlə görünməyən mikroblardan və bakteriyalardan təmizləmək lazımdır. Bunun üçün 1/3 nisbətində hazırlanmış sirkəli və ya limonlu suyun içərisinə qoyulan göyərtilər ən az 10 dəqiqə bu suyun içərisində saxlayın.

Göyərtiləri limonlu və ya sirkəli suda saxlanma müddəti 15 dəqiqəni keçməməlidir, əks təqdirdə C vitaminini itirər.

Sirkəli və ya limonlu suyun içərisində saxlanılan göyərtiləri arasında qalmış toz, qum və çirkdən təmizləmək üçün yavaşca axar suyun altında səliqəli yumaq lazımdır. Bu proseslər düzgün şəkildə edilmədikdə insanlara virus və ya parazitlər bulaşır. Bu da insanların xəstələnməsinə gətirib çıxarır.

Göyərtinin tamamilə qumdan və tozdan təmizləndiyinə əmin olduqdan sonra qurudulma prosesinə keçilir. Yaxşı yuyulmuş göyərtiləri altına kağız dəsmal sərilmiş dərin bir qab içərisinə qoyub qapağını möhkəm bağlayın. Göyərtilər belə iki həftə ərzində təzə şəkildə saxlanıla bilər.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Turistlər Şuşada (1988)

Redaktor seçimi

SON XƏBƏRLƏR