Slimfit
  1. MƏDƏNİYYƏT

Göyçayda Nəsiminin 650 illik yubileyi qeyd edildi

Göyçayda Nəsiminin 650 illik yubileyi qeyd edildi
Sakura

Göyçayda Nəsiminin 650 illik yubileyi qeyd edildi

Göyçayda Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş “Nəsimi dünyası” adlı ədəbi-bədii gecə təşkil olunub.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə rayon icra başçısı Mehdi Səlimzadə, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev, filologiya elmləri doktoru, professor, şair-publisist Vüqar Əhməd, Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli və digərləri iştirak ediblər.

Tədbir iştirakçıları Göyçay şəhərinin mərkəzində yerləşən Rəsul Rzanın ev muzeyini ziyarət ediblər. Sonra Əli Kərim adına Göyçay şəhər parkında rayon Mərkəzi Kitabxanasının Nəsiminin əsərlərindən ibarət kitab sərgisi təşkil olunub.

Tədbirdə Nəsimi irsinin müasir humanitar düşüncənin tələbləri kontekstində aktuallığını, milli mədəni-mənəvi dəyərlərin təbliği baxımından xüsusi əhəmiyyəti nəzərə alınaraq 2019-cu ilin Azərbaycanda “Nəsimi ili” elan edildiyi qeyd olunub.

Tədbirin bədii hissəsində Nəsimidən qəzəllər səslənib, televiziya muğam müsabiqəsinin qalibi Almaxanım Əhmədli, xanəndə Elgiz Əliyevin ifasında Nəsimi qəzəllərindən ibarət muğam və təsniflər səslənib, habelə rayon mədəniyyət evinin aktyorları Nəsimi ilə bağlı səhnəcikləri nümayiş etdiriblər.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynəlabdin Tağıyevin dəstəyi ilə təşkil olunan qızlar məktəbi, Bakı

Redaktor seçimi

SON XƏBƏRLƏR