Slimfit
  1. AZƏRBAYCAN

Göyçayda 20 Yanvar faciəsinə həsr olunan rəsm sərgisi açılıb

Göyçayda 20 Yanvar faciəsinə həsr olunan rəsm sərgisi açılıb
Sakura

Göyçayda 20 Yanvar faciəsinə həsr olunan rəsm sərgisi açılıb

Göyçayda Uşaq Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı, Gənclər və İdman İdarəsinin və Gənclər Mərkəzinin dəstəyi ilə 20 Yanvar faciəsinə həsr edilən rəsm sərgisinin açılışı olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mərkəzin foyesində rayon ziyalılarının, ağsaqqalların, gənclərin iştirakı ilə keçirilən açılış mərasimində 20 Yanvar faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Uşaq Gənclər İnkişaf Mərkəzinin direktoru Zahidə Mirzəyeva sərginin açılışında çıxış edərək 20 Yanvar hadisələrinin başvermə səbəbləri və nəticələrindən, bu qanlı hadisəyə siyasi qiymət verən ümummilli lider Heydər Əliyevin qətiyyətli addımından, şəhidlərin ailələrinə, əlillərə göstərilən dövlət qayğısından danışıb. Vurğulayıb ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə əliyalın insanların təpədən dırnağadək silahlanan imperiya ordusuna qarşı çıxması, bu zaman xeyli insanın şəhid olması Azərbaycanın müstəqillik yolunda mübarizəsinin ən şanlı səhifələrindəndir.

Sərginin açılışında uşaqların ifasında 20 Yanvar faciəsinə həsr olunan ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Amerikanın Dakota əyalətində qızıldərili geyimi

Redaktor seçimi

SON XƏBƏRLƏR