Slimfit
  1. AZƏRBAYCAN

Göyçay sakinləri: Şəhərin mərkəzindəki məktəb çökür

Göyçay sakinləri: Şəhərin mərkəzindəki məktəb çökür
Sakura

Göyçay sakinləri: Şəhərin mərkəzindəki məktəb çökür

Sakinlər 9 saylı orta məktəbin təmir olunmasını və dərs ləvazimatları, avadanlıqlarla təmin olunmasını istəyirlər
 
"Məktəbin bircə dam örtüyünü təmir ediblər. Çünki uzaqdan-yaxından keçənlər daha çox dam örtüyünü görür. Binanın içərisi bərbad vəziyyətdədir. Halbuki, Göyçayın mərkəzində olan bir məktəbdir. Baxımsız, təmirsiz, soyuq məktəb...”
 
Göyçay sakinləri Meydan TV-yə şəhərin məkkəzində - Heydər Əliyev prospektində yerləşən Qantəmir adına 9 saylı tam orta məktəbin fotolarını çəkib göndəriblər. Onlar məktəbin vəziyyətindən şikayətçidilər.
 
"Salyarkanın tüstüsü uşaqların ciyərlərinə dolur”
 
Sakinlərin deməsinə görə, məktəb sovet vaxtı istifadəyə verilib. İllər ərzində ara-sıra xırda təmirlər aparılıb. Ancaq binada heç vaxt əsaslı təmir işləri görülməyib. Sakinlər danışır:
 
"Sinif otaqları salyarkayla qızdırılır. Otaqlardan salyarka iyi gəlir. Uşaqlar o tüstünü saatlarla ciyərlərinə çəkirlər, bu, onların səhhətinə zərərdir. Valideynlər səslərini çıxaranda salyarkadan istifadəni dayandırırlar, onda da siniflər buz kimi olur, uşaqlar donurlar. Qalmışıq beləcə çıxılmaz durumda...”
"Məktəb sovet vaxtı istifadəyə verilib"
Mənbə: Foto: Meydan tv
 
Valideynlərin sözlərinə görə, binanın çöl tərəfdən dam örtüyü təmir olunsa da, içəri tərəfdən tavanı dağılıb hissə-hissə döşəməyə tökülür. Divarlar çat verib, döşəmələr adamın ayağının altından qaçır.
 
"Partalar, lövhələr sınıq-sınıqdır”
 
"Məktəbin dəhlizlərində siçovullar uşaqların ayağının altından qaçır. Nəmişlikdən, rütubətdən danışmağa dəymir, hər şey göz önündədir. Dərs ləvazimatları köhnədir, yararsızdır. Partalar, stullar, lövhələr sınıq-sınıqdır. Bir hökumət adamı qapıdan girib məktəbin vəziyyəti ilə maraqlanmır. Dəfələrlə rayon təhsil şöbəsinə müraciət etmişik ki, heç olmasa istilik məsələsini həll etsinlər. Deyirlər, Bakı məşğul olmalıdır”, - valideynlərdən biri bildirib.
 
"Mərkəzdəki məktəblər təmir olunub, bircə bu qalıb”
 
Sakinlər deyir, 9 saylı məktəbdən başqa, Göyçayın mərkəzindəki mıəktəblərin demək olar ki, hamısı əsaslı təmir olunub. Ancaq nədənsə hökumət bu məktəbə diqqət göstərmir:
 
"Bu məktəbin başı qalmaqallıdır. Yadınızdadırsa, 2 il əvvəl direktor da elə məktəbin qarşısında özünü doğradı. Rayonda söz-söhbət yayılmışdı ki, icra başçısı ondan pul tələb edir, o da pulu yığıb verə bilmir. Prokurorluq da işi sona qədər araşdırmadı, ört-basdır elədi, çünki ortada başçının adı hallanırdı. Bizdə də belə fikir yaranıb ki, şəhərin mərkəzindəki bütün məktəblər təmir olunub, bu məktəb qalıbsa, burda bir qərəz var, bu məktəbin təmirinə icra hakimiyyəti qəsdən əngəllər yaradır. Yoxsa, başqa hansı səbəbdən ola bilər ki, bütün məktəblər təmir olunsun, müasir standartlara cavab versin. Bircə 9 saylı məktəb tövlə vəziyyətində qalsın...”
 
"Sinif otaqları salyarkayla qızdırılır"
Mənbə: Foto: Meydan tv
 
Valideynlər deyir, illərdir ki, binanın pəncərələrindəki şüşələr də sınıq-sınıqdır. Havalar soyuyanda uşaqlar binanın dəhliz və siniflərində paltolarına bürünürlər.
 
Göyçay Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, məktəb binaları növbəli qaydada təmir olunur: "Heç bir qərəz yoxdur, direktorla bağlı vaxtilə baş vermiş hadisənin də başçı ilə heç bir əlaqəsi yoxdur. O məktəb təmir üçün növbədədir. Həm Göyçayın mərkəzində, həm də kəndlərdə məktəblər keyfiyyətli, müasir standartlara uyğun şəkildə təmir-bərpa olunub və bu işlər davam edir”.
 
Bu məktəbin direktoru Akif Qəribov 2 il əvvəl intihara cəhd etmişdi. Elə məktəbin qarşısında qol damarlarını kəsmişdi. Məktəb direktoruna vaxtında tibbi yardım göstərildiyi üçün həyatda qalıb və bir müddətdən sonra yenidən işinə davam edib.
 
 
 
 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

San Fransiskoda yerləşən bir şirkətin laboratoriyada toyuq tükündən hazırladığı toyuq əti

Redaktor seçimi

SON XƏBƏRLƏR