Görünüşünüz xasiyyətinizdən xəbər verir
Alimlər insanları ilk baxışdan tanımağın yollarını araşdırıblar. Bunlardan ən önəmlisi insanı bədən quruluşu ilə tanımaqdır.
Axşam.az xarici KİV-ə istinadən bədənin həcminə görə xasiyyəti necə müəyyən edəcəyinizi təqdim edir:
Əsasən üç tip bədən forması mövcuddur: arıq, orta və gonbul.
Arıqbədənlilər: Bu cür insanlar çox həssas olurlar. Onlar tənbəl, ətrafdakılarla çox az ünsiyyət quran, özlərinəqapanan və soyuqqanlıdırlar. Baş verən hər hansı bir hadisəyə münasibət göstərməkdən çəkinirlər. İdmanı heç sevmirlər. Sakit təbiətli, anlayışlı və həddindən artıq hissiyatlıdırlar. Hər hansı bir işlə məşğul olduqda bütün fikirlərini ora yönəldirlər.
Ortabədənlilər: Belələri qapalı şəraitdə yaşamaq və ev işləri görmək üçün yaradılmayıblar. Onları ən çox sıxan dörd divardır. Cəsurdurlar. Nəinki yaxınlarına hətta tanımadıqları bir insana belə yaxşılıq etməkdən çəkinmirlər. Ancaq onların bir pis cəhəti var ki, bu da tənbəl olmalarıdır. Bir iş görmək üçün uzun müddət düşünür və o işi çox çətin başa çatdırırlar.
Gonbullar: Kök insanlar şən, hazırcavab və mülayimdirlər. Bol süfrəni, geniş yatağı, mehriban insanları, ümumiyyətlə zövq və rahatlıqverici hər bir şeyi çox sevirlər. Bu tip insanlar hamını heyrətləndirməyi bacarırlar. Onların gizli saxladıqları qeyri-adi bir istedadları olur. Bu isə onlara hər bir işdən üzüağ çıxmağa kömək edir. Hətta günahkar olsalar belə...
Boya görə:
Ucaboylu arıqlar: Sadədirlər. Haqq-ədaləti sevirlər. Əgər onların işinə dəyər verilməzsə, bu zaman heç düşünmədən mübahisələr edə bilərlər. İstədikləri hər bir şeyi asanlıqla əldə etməyi bacarırlar. Bütün pisliklərə gülərək cavab verməyi sevirlər. Bu da onların hər zaman yüksək pillədə durmalarına yardımçı olur.
Ucaboylu və köklər: Bu insanlar elə çəkiləri kimi də ağır olurlar. Hansısa bir məsələ üzərində günlərlə düşünür, sonra qərar verirlər. Çox sərtdirlər. Hər hansı bir hadisəni soyuqqanlı qarşılamağı bacarırlar.
Qısaboylu insanlar utancaq, azdanışan və təvazökardırlar. Problemlərini ən yaxın insana belə danışmaqdan çəkinirlər. Dostcanlıdırlar. Dostları üçün hər şeyə hazırdırlar. Özlərindən tez "çıxırlar".
Ayaq formalarına görə:
Ayaqları uzun olanlar: Həyatsevərdirlər. Daim eyni işlə məşğul olmaqdan tez bezirlər. Elə buna görə də onların həyatı rəngarəng və dəyişik olur.
Ayaqları qısa olanlar: Çox gözəl ailə başçısı olurlar. Dözümlüdürlər. Bütün problemlərini, hətta mümkünsüz olanları belə həll etməyə çalışırlar. Uduzsalar da ruhdan düşmürlər.
Mənbə: Axşam.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət