Slimfit
  1. AZƏRBAYCAN

Görülən işlər ətraf mühitin qorunmasına xidmət edir

Görülən işlər ətraf mühitin qorunmasına xidmət edir
Sakura

Görülən işlər ətraf mühitin qorunmasına xidmət edir

Son 15 ildə Azərbaycanda ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası istiqamətində mühüm nailiyyətlər əldə olunub

Hər kəsə bəlli olan fakt ondan ibarətdir ki, bu gün dünyanı narahat edən başlıca problemlərdən biri də ekologiya problemidir. Zaman-zaman bu problemin həlli istiqamətində beynəlxalq təşkilatlar müəyyən qərarlar qəbul edib, tövsiyələr irəli sürüblər. Ancaq elmi-texniki tərəqqi yeni dövrün, yenilikləri bu problemə insanların həssaslıqla yanaşmasına imkan vermirdi. Nəhayət, insanlar təbiətə münasibətlərini dəyişməyəcəkləri, onun ehtiyatlarından səmərəsiz istifadəyə son qoymayacaqları təqdirdə, bu prosesin onların özlərinə qarşı çevriləcəyini və arzuolunmaz nəticələrə gətirib çıxaracağını anladılar. Bu baxımdan, 1972-ci ildə Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin İsveçin paytaxtı Stokholmda keçirilən iclasında 5 iyun tarixinin Dünya Ətraf Mühitin Mühafizəsi Günü kimi qeyd olunmasına qərar verilmişdir. O vaxtdan etibarən hər il bu gün bütün dünyada təntənəli şəkildə qeyd olunur.

Dünya Ətraf Mühitin Mühafizəsi Gününün hər il geniş tədbirlərlə qeyd edildiyi Azərbaycanda da ətraf mühitin mühafizəsi və ekoloji problemlər daim diqqət mərkəzindədir. "Ətraf mühitin mühafizəsi haqqında" 15 iyun 2000-ci il tarixdə Ulu Öndər Heydər Əliyev tərəfindən imzalanmış Sərəncam təsdiq edir ki, Azərbaycanda ekologiya ilə bağlı ciddi tədbirlər görülür. Dahi Öndərimizin siyasətini uğurla davam etdirən, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə olduğu kimi, ekoloji problemlərin həlli, ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpa edilməsi istiqamətində də mühüm işlər görülür. Ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa, meşələrin bərpa edilməsi və artırılmasına dair milli proqramlar, həmçinin Azərbaycanda hidrometeorologiyanın inkişafına dair Dövlət Proqramı uğurla yerinə yetirilir. Prezident İlham Əliyevin 2010-cu ili ölkədə "Ekologiya ili" elan etməsi bu sahəyə diqqəti daha da artırmışdır. "Ekologiya ili" çərçivəsində, eləcə də sonrakı illərdə ölkəmizdə milyonlarla ağacın əkilməsi, yeni parkların salınması və dövlətimizin başçısının özünün bu kampaniyalarda iştirakı ətraf mühitin qorunmasına xüsusi diqqətin göstəricisi sayıla bilər.

 

Yeni texnologiyalar zərərli fəsadlar yaradır

 

Araşdırmalar zamanı məlum olur ki, dünyada əkinçilik və heyvandarlıqda gedən proseslər fermerləri qane etmir. Əkinçilikdə yeni texnologiya adı altında zərərli kimyəvi gübrələrdən istifadə edilir və nəticədə yetişdirilən meyvə tərəvəzlərin tərkibi süni şəkildə dəyişdirilərək insanlarda müxtəlif xəstəliklərin yaranmasına gətirib çıxardığı artıq qida təhlükəsizlik qurumlarına məlumdu. Heyvandarlıqda gedən proseslər, sağlam iribuynuzlu və mal-qara saxlanmasında isə fermerlər ətraf mühitin pozulması ucbatından heyvanların qulluğu çətinləşib. Şirin suyun çatışmaması, ekoloji təmiz yemlərin olmaması, çirkli yağış yağması otlaqların yararsız olduqlarını və heyvanların artmaması fermerlərə böyük çətinliklər yaratdıqlarını bəyan edirlər. O cümlədən, quşculuqda yaranan ekoloji problemlər son illərdə quş qripinin mövcudluğu təsərrüfata milyonlarla dollar ziyan vurur. Qlobal Ekologiya Fondu təsərrüfatın ətraf mühitdə inkişafı üçün yeni layihələr təqdim edir. Çıxış yolunu və bu istiqamətdə geni dəyişdirilmiş bitkilərdən istifadə etməmək və kimyəvi gübrələrdən istifadə edilməməsini tələb edir. Enerji sektorunda ekoloji problemlər mövcud olduğunu bəyan edən Qlobal Ekologiya Fondu dənizdə, quruda çıxarılan neftin ətraf mühitə axıdılmasını böyük cərimələr tətbiq olunacağını bildirib. Bildiyimiz kimi, neft enerji daşıyıcı olaraq ətraf mühitə, nəsli kəsilməkdə olan quş və balıqların məhvinə yol açır. Bunun qarşısını almaq məqsədi ilə Birləşmiş Millətlər Təşkilatında əksər ölkələrin səs çoxluğu ilə ətraf mühiti qorunması məqsədi ilə qərar çıxarıb. Qərara əsasən hər hansı neft şirkəti neftdaşıyan bunkerlərdə neft məhsulunu okeana, dənizə və digər quru sahələrə daşıyarkən dağıdarsa, o şirkəti milyonlarla cərimə olunacağı qaçılmaz olacağına səs veriblər. Dünyada müxtəlif enerji daşıyıcıları sırasında atom elektrik stansiyaların ömrü bitmiş sayılan ölkələrə qarşı ciddi şəkildə etiraz olaraq bağlanmasını tələb edirlər. Azərbaycan Respublikasının Hökuməti ilə BMT-nin İnkişaf Proqramı arasında "BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Azərbaycanın İkinci Milli Məlumatları üçün layihə təklifinin hazırlanması məqsədi ilə özünüqiymətləndirmə" layihəsinin həyata keçirilməsi üçün Qlobal Ekologiya Fondu tərəfindən ayrılan qrant üzrə sənədin təsdiq edilməsi barədə 11 aprel 2005-ci ildə Prezident İlham Əliyev tərəfindən Sərəncam imzalanmışdır. Bu Sərəncamlar onu göstərir ki, Azərbaycanda ekologiya sahəsində görülən işlər ətraf mühitin qorunmasına xidmət edir.

 

Nəcib və xeyirxah layihə - "Hərəmiz bir ağac əkək"

 

Son 15 ildə Prezident İlham Əliyevin imzaladığı Fərman və Sərəncamlar əsasında Azərbaycanda ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası istiqamətində mühüm nailiyyətlər əldə olunmuşdur. Ətraf mühitin qorunması sahəsində uğurlu layhələrin həyata keçirilməsi ilə Azərbaycan təbiətinə yeniliklər gətirilmişdir. Müxtəlif qoruqların yaradılması, Xəzər dənizinin çirkab sulardan təmizlənməsi, meşə və qoruqların mühafizəsi, şirin suyun filtrasiya edilməsi, vəhşi heyvan və quşların qorunması istiqamətində mühüm tədbirlər, sərəncamlar, Qlobal Ekologiya Fondunun uzvü olaraq, müsbətə doğru işlər görülmüşdü. Azərbaycanın ekologiya sahəsində görülən işlər beynəlxalq müstəvidə təqdim olunması sübut edir ki, Prezident İlham Əliyevin imzaladığı sərəncamlar ətraf mühitin qorunması istiqamətində Azərbaycanın rifahını, təbiətini yaxşılaşdırmaq və zənginləşdirmək prinsipi ilə yüksək nəticələr əldə etmişdir. Qeyd etmək lazımdır ki, görülən işlər gələcək nəsillərə ekoloji təmiz mühiti qoruyub saxlamaq və dünyanın bir parçası olan Azərbaycan nəhəng layihələrə qatılaraq öz prinsipini, iqtisadi gücünü göstərərək, sağlam həyat tərzinin bir nümunə kimi təqdim olunur. Heydər Əliyev Fondunun ekologiyanın, ətraf mühitin qorunmasına xidmət edən "Hərəmiz bir ağac əkək" layihəsi də bu sahəyə böyük töhfələr vermişdir. Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən bu layihə çərçivəsində ölkəmizdə hektarlarla sahə yaşıllaşdırılmışdır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2011-ci il iyulun 12-dən fəaliyyətə başlayan İDEA - Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Kampaniyası çərçivəsində ölkəmizdə ətraf mühitin qorunması sahəsində görülən işlər Azərbaycanda ekoloji problemlərə verilən önəmin göstəricisidir.Bu gün ölkəmizdə ekoloji problemlərin həllinə, ətraf mühitin mühafizəsi məsələlərinə daha çox diqqət yetirilir. Milli parkların yaradılması işi uğurla davam etdirilir, təbii ehtiyatların qorunması üçün uzunmüddətli dövlət planları nəzərdə tutulmuşdur. Ekologiya və Təbii Sərvətlər Nazirliyi hər il 5 iyun - Dünya Ətraf Mühitin Mühafizəsi Günü ərəfəsində ətraf mühitin qorunması, təbiətdən, yeraltı sulardan, mineral xammal ehtiyatlarından və yerüstü sərvətlərdən səmərəli istifadə edilməsi, onların bərpası və mühafizəsi, bioloji müxtəlifliyin qorunub saxlanılması məqsədi ilə müxtəlif tədbirlər həyata keçirir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətraf mühitin mühafizəsini həyata keçirən qurumları tərəfindən ötən il ərzində ekoloji qanun pozuntularına görə 2562 akt və 820 protokol tərtib olunmuş və aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün 1095 müddətli məcburi göstəriş verilmişdir. Qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı ümumilikdə 6058978.1 manat məbləğində cərimə tətbiq edilmişdir. Ətraf mühitə dəymiş ziyanla bağlı 1956963.47 manat məbləğində iddia qaldırılmışdır. Əmələ gələn tullantıların ətraf mühitə (torpaq, su, atmosfer) atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə, idarə və müəssisələrə 1097725.22 manat məbləğində ödəmə tətbiq edilmişdir. Tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına göndərilmiş 172 işdən 50-nə, icra qruplarına ünvanlanmış 536 işdən 254-nə, məhkəmələrə göndərilmiş 180 işdən 126-na baxılaraq müvafiq tədbirlər görülmüşdür.

 

Azərbaycan nəhəng layhələrə qatılaraq öz iqdisadi gücünü göstərir

 

Ekoloji təhlükəsizliyin pozulması insanların sağlam ətraf mühitdə yaşamaq kimi konstitusion hüququnu pozur. Parlament tərəfindən qəbul olunan "Ekoloji təhlükəsizlik haqqında" Azərbaycan Respublikasının Qanunu bu istiqamətdə problemin aradan qaldırılmasına yardımçı olsa da, hesab olunmalıdır ki, hər bir vətəndaş qanunvericiliyin tələblərinə riayət etməli və təbiətin mühafizəsi, atmosferin çirklənməsinin qarşısının alınması istiqamətində əməli addımlar atmalıdır. Çünki atmosferin qorunması, təbiətin mühafizəsi üçün təkcə bir ölkə yox, bütün bəşəriyyət qolunu çırmayıb iş görməlidir. Atmosferin çirklənməsinin qarşısını almaqdan ötrü yaşıllıqlar artırılmalı, təbii meşə zolaqları qorunmalı, sənaye müəssisələrindən atmosferə buraxılan zərərli qazların miqdarına nəzarət olunmalıdır. Nəzərə almaq lazımdır ki, hazırda bütün ölkə üzrə havanın çirklənməsinin 70 faizi avtonəqliyyat vasitələrinin payına düşür. Son statistikaya görə, təkcə Bakıda 550 mindən artıq avtomobil qeydiyyatdadır. Bu baxımdan ölkəmizdə atmosfer havasının daha da təmiz olması üçün hər birimizin üzərinə vəzifələr düşür.

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev bildirib ki, ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə olunması, insanların sağlam ətraf mühitdə yaşamaq hüququnun təmin edilməsi ölkə rəhbərliyinin daim diqqət mərkəzindədir: "Azərbaycan qədim neft ölkəsidir. Dünyada ilk dəfə sənaye üsulu ilə neft XIX əsrdə Azərbaycanda hasil edilib. XX əsrdə isə ilk dəfə olaraq, dünyada dəniz yataqlarından neft yenə də Xəzər dənizində, Azərbaycanda hasil olunub. Lakin inkişaf, təəssüf ki, özü ilə bərabər problemlər də gətirir. Sirr deyil ki, əsas ekoloji problemlər keçmişdən miras qalıb. Bu gün Azərbaycan müstəqil dövlət kimi inkişaf edir və ekoloji problemlərin həllinə müstəqil şəkildə müəyyənləşdirdiyi strategiya ilə yanaşır. Hazırda çirklənən ərazilərin bərpası, tullantıların idarə olunması, təbii ehtiyatların mühafizəsi və səmərəli istifadəsi, yaşıllıq ərazilərinin miqyasının genişləndirilməsi və s. istiqamətlərdə tədbirlər həyata keçirilir. Biz şübhə etmirik ki, görülən və görüləcək tədbirlər nəticəsində yaxın zamanlarda Bakı və Abşeron yarımadasında və ölkəmizin digər yerlərində ekoloji vəziyyət böyük dərəcədə yaxşılaşdırılacaq. Azərbaycan vətəndaşları təmiz ekoloji şəraitdə yaşayacaqlar".

Mənbə: SİA

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhər əhalisi öldürülən azərbaycanlıların yanında. Bakı, 1918-ci il. 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı Soveti və Erməni Daşnak Partiyasından olan silahlı dəstələr tərəfindən 12

Redaktor seçimi

SON XƏBƏRLƏR