Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Görmə qabiliyyətini pisləşdirən vərdişlər açıqlandı

Görmə qabiliyyətini pisləşdirən vərdişlər açıqlandı
Sakura

Görmə qabiliyyətini pisləşdirən vərdişlər açıqlandı

Ens.az xəbər verir ki, həkimlər insan gözünün sağlamlığına mənfi təsir göstərən geniş yayılmış vərdişləri açıqlayıblar.

Qeyd olunur ki, görmə qabiliyyətini təkcə kompüterlər və qadcetlər deyil, digər vərdişlər də korlaya bilər.

Ekspertlərin sözlərinə görə, hovuza müdafiə eynəkləri olmadan tez-tez getmək görmə qabiliyyətinə mənfi təsir göstərə bilər. Məlumdur ki, üzgüçülük sağlam vərdişdir, amma suyun tərkibində olan xlor görmə ilə bağlı problemlər yarada bilər. Hovuza gedərkən xüsusi eynəklərdən istifadə etmək, həmçinin kontakt linzaları çıxarmaq məsləhətdir, belə ki, bu bakterial infeksiyanın inkişafına səbəb ola bilər.

Görmə qabiliyyətini həmçinin göz almasının qızartısı və quruluğunun aradan qaldırılması üçün nəzərdə tutulmuş göz damcılarından müntəzəm istifadə də korlaya bilər. Gözə keyfiyyətsiz və vaxtı keçmiş kosmetika da pis təsir göstərir. Bu, xüsusilə tuşa aiddir, belə ki, o, kirpiklərə çəkilir və gözə toxuna bilər. Bundan başqa, siqaret çəkmək, həmçinin kondisionerin altında olmaq çox vaxt görmə qabiliyyətini korlanmasına gətirib çıxarır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1959

Redaktor seçimi

SON XƏBƏRLƏR