Slimfit
  1. MƏŞHURLAR

Görkəmli sənətkarın anım günüdür

Görkəmli sənətkarın anım günüdür
Sakura

Görkəmli sənətkarın anım günüdür

Bu gün Azərbaycanın görkəmli kino və teatr aktrisası Nəsibə Zeynalovanın anım günüdür.

Cebhe.info xəbər verir ki, N.Zeynalova 20 aprel 1916-cı ildə Bakı şəhərində anadan olub. Atası Kərbəlayi Cahangir tanınmış tacir və aktyor idi. Azərbaycan milli realist aktyor məktəbinin banisi məhz C.Zeynalov olub. 

Yaradıcılığının mayası gülüş və musiqi ilə yoğrulmuş Nəsibə xanım orta məktəbdən rəqqasəlik edib, milli oyun havalarının mürəkkəb və lirik incəliklərinə yiyələnib. 1932-c ildə Rza Təhmasibin dram dərnəyinə üzv olub. 1937-ci ildə  səyyar Kolxoz və Sovxoz Teatrında aktrisa işləməyə başlayıb. Bu teatr Bakıda truppa toplayır, özünə repertuar qurur, aprel ayından başlayaraq kənd təsərrüfatının qızğın çağında rayonlara gedib tamaşalar oynayırdı. 1938-ci ildə yenicə yaranan Azərbaycan Dövlət Musiqili Komedaiya Teatrına birinci dərəcəli aktrisa götürülüb. Həmin il Bakı Teatr Məktəbinə daxil olaraq aktyorluq təhsili alıb.

Ömrünü Musiqili Komediya Teatrı ilə bağlayan aktrisa sənət ocağının müəyyən fasilələrlə truppa, Filarmoniyanın nəzdində dəstə-ansambl şəklində fəaliyyət göstərdiyi illərdə də kollektivdən ayrılmayıb. Aktrisa bu teatrın səhnəsində müxtəlif maraqlı obrazlar yaradıb. Nəsibə Zeynalova Azərbaycan kinosunda da yaddqalan obrazlar yaradıb. “Bizim Cəbiş müəllim”, “Ögey ana”, “Mən mahnı qoşuram”, “Dəli Kür”, “Qanun naminə” və digər filmlərində yaratdığı obrazlar tamaşaçıların böyük sevgisini qazanıb. “Qayınana” filmində Cənnət xala obrazı Nəsibə xanımın kinoda yaratdğı şah əsəri sayıla bilər.

Aktrisa 10 mart 2004-cü ildə Bakıda vəfat edib və Fəxri xiyabanda dəfn olunub.

Aydın

 

 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan Milli İncəsənət Muzeyinin açılışı. Bakı, 6 may 1937-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR