Dərc edildi: Baxış sayı: 576
“Google”dan etiraf: İstifadəçilər dinlənilir
“Google” etiraf edib ki, öz mütəxəssisləri istifadəçilərin şirkətin qurğularında səs köməkçisinə verdikləri əmrləri dinləyirlər.
“RİA Novosti” xəbər verir ki, bu barədə “Google” korporasiyasının bəyanatında deyilir.
Bildirilir ki, “Google” istifadəçilər və “Google Assistant” servisi arasında danışıqların bir qismini bütün dünyadakı ekspertlərlə bölüşür.
Araşdırmaya cəlb edilmiş mütəxəssislərdən biri məxfi səs məlumatlarını sızdırdığına görə şirkət xüsusi bəyanat verməyə məcbur olub.
“Google” bununla əlaqədar araşdırma aparacağına və zəruri tədbirlər görəcəyinə dair vəd verib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət