Slimfit
  1. TEXNOLOGİYA

“Google+” sosial şəbəkəsinin fəaliyyəti dayandırılacaq

“Google+” sosial şəbəkəsinin fəaliyyəti dayandırılacaq
Sakura

“Google” şirkəti “Google+” sosial şəbəkəsinin fəaliyyətini 10 ay müddətinə fərdi istifadəçilər üçün…

“Google” şirkəti “Google+” sosial şəbəkəsinin fəaliyyətini 10 ay müddətinə fərdi istifadəçilər üçün dayandıracaq. Bu barədə şirkətin rəsmi bloqunda deyilir.

ICTnews” Elektron Xəbər Xidməti “RİA Novosti” resursuna istinadən yazır ki, məlumatda qeyd olunur ki, sosial şəbəkənin dəstəklənməsi ilə əlaqədar çətinliklər və “Google+” şəbəkəsinin istifadəçi versiyasının populyarlığının az olması nəzərə alınaraq onun fəaliyyətinin dayandırılması ilə bağlı qərar qəbul edilib. “İstifadəçilər məlumatların saxlanılması və köçürülməsi üzrə təlimatlarla təmin ediləcək”, - məlumatda bildirilir.  

Həmçinin qeyd olunur ki, servisin istifadəçilər arasında populyarlığı aşağı olub – istifadəçilərin 90 faizi şəbəkədə təxminən 5 saniyə vaxt keçirib.

Bundan əlavə, şirkət “Google+”-da 500 min istifadəçinin hesab məlumatlarına şamil edilən boşluq barədə məlumat verib.

Sosial şəbəkənin proqram təminatında nasazlıq kənar tərtibatçılara 2015-ci ildən 2018-ci ilin martınadək istifadəçi profillərinin məlumatlarına çıxış imkanı yaradıb. Səhv daxili təhqiqat nəticəsində aşkarlanaraq aradan qaldırılıb. Proqram təminatının işindəki nasazlıqdan 438 əlavənin istifadə etdiyi ehtimal olunur, lakin əlavələrdən azı birinin ondan istifadə etməsi və ya tərtibatçıların onun haqqında məlumatlı olmaları barədə sübutlar yoxdur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan Milli İncəsənət Muzeyinin açılışı. Bakı, 6 may 1937-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR