“Google”, qidaların çatdırılması xidməti axtarış sisteminə inteqrasiya edib
“Google”, istifadəçiləri əlavə tətbiq və qida çatdırılması xidməti yükləməsindən azad edib. Indi artıq bu funksiya axatrış sistemi və Google-Xəritə vasitəsilə mümkün olacaq.
Şirkət “DoorDash”, “Postmates”, “Delivery.com”, “Slice” və “ChowNow” çatdırılma xidmətləri ilə əməkdaşlıq edir , lakin onların siyahısı artacaq. “Onlayn sifariş” düyməsi, istifadəçi ona uyğun olan restoranı tapan kimi axtarış sistemində və xəritələrdə görünəcək. O, almağı və ya çatdırılma və xidməti seçə bilər və bu yolla istədiyi sifarişi yerinə yetirmiş olur. Sifariş “Google Pay” xidməti vasitəsilə ödənilir.
Bu yolla həm də “Android” və “İOS”-un dəstəklədiyi “Google-Assistant” səs köməkçisi vasitəsilə də yemək sifariş etmək olar. Əvvəllər şirkət avtomatlaşdırılmış “Google Duplex” səs köməkçisini təqdim edib və o, restorana zəng edib istifadəçi adından yemək sifariş edə bilir.The Verge yazır ki, hələ ki, bu funksiya tələb edilmir.
2019-cu ildə şirkət həm də “Google Lens” texnologiyasını işləyib və o da kameraların köməyi ilə obyektləri tanıyır və onlar haqqında əlavə məlumat verir. Onun yeni funksiyası kameranı restoranın menyusuna yönləndirməyə və “Google Maps”-ın rəylərini avtomatik görməyə imkan verir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət