Slimfit
  1. TEXNOLOGİYA

“Google Play” proqramlar mağazasından 13 təhlükəli oyun silinib

“Google Play” proqramlar mağazasından 13 təhlükəli oyun silinib
Sakura

“ESET” şirkətinin kibertəhlükəsizlik sahəsi üzrə mütəxəssisi Lukas Stefanko məlumat verib ki, “Google…

“ESET” şirkətinin kibertəhlükəsizlik sahəsi üzrə mütəxəssisi Lukas Stefanko məlumat verib ki, “Google Play” mağazasında 13 təhlükəli yarış tipli mobil oyun aşkar edilib. Stefanko bu oyunları qurğuya quraşdırmağı tövsiyə etmir, çünki həmin oyunlar işə salındıqdan sonra cihaza zərərli APK fayl yüklənir.
 
ICTnews” Elektron Xəbər Xidməti “life.ru” saytına istinadən yazır ki, sözügedən oyunların müəllifi tərtibatçı Luiz O. Pinto hesab olunur. Mütəxəssislər müəyyənləşdiriblər ki, cihaza yüklənmiş zərərli proqramlar “VirusTotal” kimi antivirus proqramları tərəfindən izlənilməyib. Bu mobil proqramlar şəbəkə trafikinə "tam giriş" əldə edir, həmçinin daima aktiv rejimdə işləyirdi.
 
“Google Play” istifadəçiləri bu oyunları 560 min dəfədən çox yükləyiblər. Hazırda “Google” şirkəti “Google Play” mağazasından 13 oyunu silib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nəriman Nərimanov 28 yaşında. Bakı, 1898-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR