Slimfit
  1. TEXNOLOGİYA

“Google Play” mağazasında kriptovalyuta oğurlayan mobil tətbiqlər aşkar edilib

“Google Play” mağazasında kriptovalyuta oğurlayan mobil tətbiqlər aşkar edilib
Sakura

“Google Play” mağazasında kriptovalyuta oğurlayan mobil tətbiqlər aşkar edilib

"Eset" antivirus proqram təminatı istehsalçısı "Google Play" mağazasında kriptovalyuta oğurluğu üçün istifadə olunan bir neçə mobil tətbiq aşkar edib. Həmin tətbiqlərdən biri populyar "Trezor" kripto pulqabı adı altında maskalanıb.

"ICTnews" Elektron Xəbər Xidməti "dailycomm.ru" saytına istinadən yazır ki, proqramın təsviri şübhə doğurmur: o, qanuni xidmət kimi görsənir, istehsalçı kimi "Trezor Inc." şirkəti göstərilir. Bundan başqa, axtarış sistemində bu proqram rəsmi proqramdan sonra ikinci sətirdə tapılır.

"Eset"in mütəxəssisləri araşdırma zamanı belə qərara gəliblər ki, çoxfaktorlu müdafiə sistemi sayəsində "Trezor" istifadəçilərinin əmanətləri üçün heç bir təhlükə yoxdur. Ancaq saxta proqram məqsədi kriptovalyuta oğurlamaq olan digər fırıldaqçı proqramla bağlıdır.

"Trezor" saxta proqramını quraşdırdıqdan və işə saldıqdan sonra hesab məlumatlarının daxil edilməsi üçün pəncərə üzə çıxır. Bundan sonra həmin məlumatlar cinayətkarların "coinwalletinc.com" ünvanında yerləşən serverinə göndərilir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Rəsulzadənin kitabındakı Azərbaycan Cümhuriyyəti xəritəsi budur. 1923-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR