Slimfit
  1. TEXNOLOGİYA

Google mühəndislərindən qeyri-adi musiqi idarəetmə kabeli

Google mühəndislərindən qeyri-adi musiqi idarəetmə kabeli
Sakura

Mühəndisləri tərəfindən simli qulaqlıqlarla qarşılıqlı təsirin maraqlı yolu təklif edilib

 Simli qulaqlıqlardan istifadə etməyi üstün tutanlar, yəqin ki, kabelə bərkidilmiş düymələri olan idarəetmə blokunu yaxşı tanıyırlar.  Bununla, musiqinini qoşa və ya söndürə, səs səviyyəsini tənzimləyə bilərsiniz.  Bununla belə, sınma halında bu blok, qulaqlıqları funksionallığın əhəmiyyətli bir hissəsindən məhrum edir.  Ancaq deyəsən Google şirkətində bu problemin həllini tapıblar.

 Şirkətin mühəndisləri kabeli xüsusi bir parça ilə örtüblər, bunun sayəsində heç bir düymədən istifadə etmədən musiqini idarə edə bilərsiniz.  İndi bir toxunuşla  mahnıya fasilə verə, iki toxunuşla parçaları dəyişdirə və aşağıdakı videoda olduğu kimi barmaqlarınızın arasındakı teli sürüşdürərək səs səviyyəsini tənzimləyə bilərsiniz.

 Kabel, " elektrik toxuculuq hörgüsü" adlandırılan və toxunuşları hiss edən örtüklə  örtülmüşdür . Tel ( məftil) əks istiqamətdə qurulmuş və bir-birindən təcrid olunmuş keçirici iplər vasitəsi ilə istifadəçinin verdiyi əmri müəyyənləşdirir.  "Parça" kabelin bütün sahəsini əhatə etdiyi üçün istifadəçinin toxunuşları telin hər bir hissəsində qeydə alınır.

 İstehsalçılar,  kiçik könüllülər qrupundan yeni qurğuyla işləməyi xahiş etdilər. Toplanmış məlumatlar,  sistemə 94% dəqiqliklə insan jestlərini tanımağı öyrətməyə imkan verdi.

 Kabel ilə müxtəlif hərəkətlər sistemin müxtəlif reaksiyasını doğurur. Google illüstrasiyası.

 Hələlik şirkətin istehlak məhsullarında yeni texnologiyanı tətbiq etmək planı yoxdur.  Yəni,  yeni funksiyalı simli qulaqlıqlar hələ satışa çıxarılmayacaq.

 Buna baxmayaraq, tərtibatçılar inanırlar ki, onların ixtiraları bazara girmək üçün hər cür şansa malikdir.  Bu şəkildə onlar,  texnologiyanın maraqlı imkanlarını nümayiş etdirən bir neçə işləyən prototip yaratdılar.  Məsələn, köynəyin iplərinin yerinə  sensor kabel qoydular və bu da istifadəçiyə geyimləri ilə musiqini idarə etməyə imkan verdi.

 İstehsalçılar,  yeni məhsul haqqında daha çox məlumatı ACM CHI 2020 jurnalının məqaləsində və bloqlarında veriblər.

Mənbə: zen.yandex.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səhra Aslanı Ömər Muxtar, Faşist İtalyan qüvvələri tərəfindən tutularaq edama aparılması

Redaktor seçimi

SON XƏBƏRLƏR