Dərc edildi: Baxış sayı: 622
“Google” istifadəçilərin səsli komandalarına qulaq asıldığını etiraf edib
“Google” korporasiyasının mütəxəssisləri istifadəçilər tərəfindən mobil qurğularda səsli köməkçiyə verilən komandaları dinləyirlər. Bu, “Google Assistant” kimi oxşar xidmətlərin konkret dilin aksent və nüanslarını daha yaxşı ayıra bilməsi üçün lazımdır.
“ICTnews” Elektron Xəbər Xidməti “iz.ru” saytına istinadən yazır ki, “Google”un rəsmi bəyanatında deyilir ki, bu məqsədlə dil ekspertləri cəlb edilir. Ancaq bu yaxınlarda belə mütəxəssislərdən biri tərəfindən buraxılmış səhv nəticəsində holland dilində məxfi səsli məlumatların itkisi baş verib.
"Bu məsələ ilə bağlı araşdırma aparılır və müvafiq tədbirlər görüləcək" – korporasiyadan bildirilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət