Slimfit
  1. TEXNOLOGİYA

“Google” işçilərinə 2021-ci ilin yayınadək evdən işləməyə icazə verib

“Google” işçilərinə 2021-ci ilin yayınadək evdən işləməyə icazə verib
Sakura

“Google” işçilərinə 2021-ci ilin yayınadək evdən işləməyə icazə verib

ABŞ-ın “Google” şirkəti işçilərin arzusuna görə onlara 2021-ci ilin iyulunadək onlayn rejimdə işləməyin davam etdirilməsinə icazənin verilməsi ilə bağlı qərar qəbul edib.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, şirkətin baş direktoru Sundar Piçainin əməkdaşlara müraciətində deyilir: “Əməkdaşların gələcəyi planlaşdırması üçün biz ofisdə olmanı tələb etməyən vəzifələr üçün 2021-ci il iyunun 30-dək evdən könüllü işləmək imkanını uzadırıq”.

Baş direktor bildirib ki, “Google” şirkətinin müxtəlif ölkələrdə yerləşən 40-dan çox ofisi artıq fəaliyyətini bərpa edib.

Şirkət əvvəlcə işçilərin 2020-ci ilin sonunadək onlayn rejimdə işləyəcəyini bəyan etmişdi.

Pandemiya dövründə dünyada 16,4 milyon koronavirusa yoluxma faktı qeydə alınıb, xəstələnənlərin təxminən 650 mini həyatını itirib, daha 10 milyon isə sağalıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əliağa Kürçaylı məşhur xanəndə Cabbar Qaryağdıoğlunun qızı Şəhla xanımla evlənib.

Redaktor seçimi

SON XƏBƏRLƏR