Slimfit
  1. DÜNYA

Google İranı təbliğ edən YouTube kanallarını bağlayır

Google İranı təbliğ edən YouTube kanallarını bağlayır
Sakura

Google İranı təbliğ edən YouTube kanallarını bağlayır –39 kanal bloklanıb

Google İranın dövlət televiziyasına bağlı onlarla YouTube kanalını vədigər hesabları bağlayıb, televiziyanın siyasi təbliğat apardığını bildirib.

Şirkətin avqustun 23-də bildirməsinə görə, araşdırmalar həmin hesabları İranda dövlətə məxsus IRIB televiziyasına bağlı şəxslərin yaratdığını üzə çıxarıb.

39 YouTube KANALI BAĞLANIB

Texnologiya nəhəngi bağladığı 39 kanalına Birləşmiş Ştatlarda cəmi 13 min 466 dəfə baxıldığını bildirir. Şirkət Blogger-də 6 hesabı, Google+ sosial şəbəkəsində isə 13 hesabı bağladığını qeyd edir.

FireEye kibertəhlükəsizlik firması texnologiya şirkətlərini şübhəli fəaliyyətdən xəbərdar edib. Şirkət bu həftə yaydığı hesabatda bildirib ki, bu fəaliyyət əsasən İrandan qaynaqlanır, Birləşmiş Ştatlar və başqa yerlərdə İranın maraqları təbliğ edilir.

IRIB məsələyə münasibət bildirməyib.

Facebook və Twitter sosial şəbəkələri avqustun 21-də İranın yaratdığı bildirilən saxta hesabları bağladığını bəyan edib. FireEye qeyd edir ki, bütün bunlar, İranın YouTube-da apardığı kampaniya onu göstərir ki, sosial mediada siyasi kampaniya aparan təkcə Rusiya deyil.

Facebook Rusiya və İrana bağlı 652 şübhəli vebsayt və hesabın, Twitter isə 300-dək hesabın bağlandığını bildirib. Google həmçinin “dövlətin sponsorluq etdiyi hücumların” da önləndiyini vurğulayıb. Bu hücumlar zamanı istifadəçilərə yalançı mesajlar göndərilir, onların parollarını ələ keçirməyə cəhd olunur.

Kaliforniyada yerləşən internet nəhənginin məlumatına görə, son bir ildə Rusiyanın İnternet Araşdırmaları Agentliyinə “bağlı oyunçular”a qarşı müdafiəni gücləndirib. Sankt Peterburqda yerləşən bu agentlik troll fabriki adlanır, 2016-cı ildə ABŞ-da prezident seçkisinə müdaxilədə suçlanır. 

 

 

Mənbə: Strateq.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bir şəklin tarixçəsi - Heydər Əliyev: “Mən o kişinin işinə qarışa bilmərəm” – Şuşa, 29 iyul, 1982-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR