Dərc edildi: Baxış sayı: 621
ABŞ-ın “Google” şirkəti istifadəçilərinin harada olduğunu daima nəzarətdə saxlayır
ABŞ-ın “Google” şirkəti istifadəçilərinin harada olduğunu daima nəzarətdə saxlayır.
“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, istifadəçilər telefon tənzimləməsindən məkan xidmətini bağlasa belə, şirkət telefonda gizli şəkildə bu məlumatları hər gün əldə edə bilir.
“Associated Press (AP)” tərəfindən ortaya çıxarılan bu fakta görə, “Google” “Android” və “iPhone”da bəzi tətbiqlərin avtomatik məkan xidməti sayəsində bu məlumatları toplayır.
Məsələn, xəritələr və ya hava proqnozları haqqında məlumatlar güncəllənərkən şəxsin olduğu yer də avtomatik müəyyənləşir.
Hələlik faktla bağlı şirkətdən açıqlama verilməyib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət