Dərc edildi: Baxış sayı: 1141
Google haqqında çox insanın bilmədiyi 14 maraqlı fakt
Maraqlandığımız ən kiçik mövzuda belə köməyimizə çatan “Google” hazırda həyatımızın önəmli bir parçasına çevrilib. İstədiyimiz vaxt istədiyimiz şeyi axtardığımız bu nəhəng axtarış sistemi haqqında sizlər üçün çoxlarının bilmədiyi özəllikləri və faktları araşdırdıq.
1) Google axtarışlarının 16%-i əvvəllər edilməmiş axtarışlardır.
2) 1999-cu ildə Google-un təsisçiləri şirkəti 1 milyon dollara Excite adlı şirkətə satmaq istədilər. Ancaq, Excite onların bu təklifini rədd etdi.
3) “Google-un 2017-ci ildəki reklam gəliri 95 milyard dollardan çox olmuşdur. Google ölkə olsaydı, reklam gəlirləri ilə dünyanın ən varlı 64-cü ölkəsi olardı və 125 ölkəni geridə qoyardı. Həmin ölkələrə misal olaraq, Bolqarıstan, Xorvatiya, Belarusiya, Özbəkistan, Türkmənistan, Azərbaycan, Latviya, Litva və Estoniyanı göstərmək olar.
4) Google-da hər dəqiqədə 2 milyon axtarış edilməkdədir.
5) Google dünyada ən çox ziyarət edilən veb-saytdır. Bu göstərici ilə Facebook, Youtube və Wikipedia-nı qabaqlayır.
6) Google adı təsadüf nəticəsində ortaya çıxmışdır. 100 sıfırlı “googol” kəliməsi yanlışlıqla “Google” kimi yazılmışdır və daha sonra dəyişdirilməmişdir.
7) 16 avqust 2013-cü ildə Google 5 dəqiqəliyinə çökmüşdür və həmin 5 dəqiqə ərzində dünyada internet trafiqi 40% azalmışdır.
8) Google-da aparılan tək bir axtarış “Apollo 11″nin Aya göndərilməsindən daha çox hesablama gücü tələb edir.
9) Google 2013-cü ildə məqsədi yaşlanmağın qarşısını almaq olan “Calico” şirkətini təsis edib.
10) Google maps (Google xəritələr) Android cihazlarının yoldakı sürətini izləyərək yol məsafəsini hesablayar.
11) Google-dan axtardığınız bütün saytları “Star Trek”dəki Klingons dilinə dəyişə bilərsiniz.
12) Google Earth-ün verilənlər bazası 20 Petabaytdan (1015 bayta bərabər olan rəqəmsal informasiya ölçü vahidi) artıqdır.
13) Stiv Cobs loqodakı ikinci “O”nun sarı rəngdə olmasının loqo üçün düzgün olmadığını bildirmişdir.
14) Google Maps vasitəsilə dənizin dərinliklərindəki mərcan qayalıqlarını, sualtı həyatı və batmış gəmiləri görə bilərsiniz.
Mənbə: Moneta.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət