Slimfit
  1. TEXNOLOGİYA

“Google” “bulud” biznesi üçün yeni tərəfdaşlıq proqramını işə salıb

“Google” “bulud” biznesi üçün yeni tərəfdaşlıq proqramını işə salıb
Sakura

“Google” “bulud” biznesi üçün yeni tərəfdaşlıq proqramını işə salıb

"Google" şirkəti "bulud" biznesi çərçivəsində yeni tərəfdaşlıq proqramını istifadəyə verib. Bu təşəbbüs şirkətin tərəfdaşlarla fəaliyyətini sadələşdirmək məqsədi daşıyır.  
 
"ICTnews" Elektron Xəbər Xidməti "DailyComm www.dailycomm.ru" resursuna istinadən yazır ki, şirkətin qlobal tərəfdaşlıq strategiyaları və proqramlar üzrə rəhbəri Nina Hardinqin sözlərinə görə, "Google Cloud Partner Advantage" adlı yeni proqram 16 tərəfdaşlıq proqramını birləşdirir və tərəfdaşlıq ekosisteminin genişləndirilməsi məqsədilə "Google Cloud" platformasının işçi heyətinin artırılması üzrə ilk iş hesab olunur.
 
Yeni tərəfdaşlıq proqramı altı sahəni əhatə edir: maliyyə xidmətləri, səhiyyə, pərakəndə ticarət, istehsal, dövlət sektoru, KİV və əyləncə.
 
Texnoloji baxımdan "Google Cloud Partner Advantage" proqramında əsas diqqət infrastruktur, məlumatların idarə olunması, biznes analitikası, paket əlavələr və ofis işinin yenilənməsinə yönəldilib.
 
Proqram texnologiya, prioritet iş yükləri və sahələrə əsaslanan yeni ekspert bilikləri təqdim edir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yunanıstanın ikinci böyük şəhəri olan Saloniki 1997-ci ildə Avropa mədəniyyət paytaxtı seçilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR