Slimfit
  1. DÜNYA

“Google” “Android” sistemində boşluqların aşkar edənə 1,5 mln. dollar pul verəcək

“Google” “Android” sistemində boşluqların aşkar edənə 1,5 mln. dollar pul verəcək
Sakura

“Google” “Android” sistemində boşluqların aşkar edənə 1,5 mln. dollar pul verəcək

“Google” şirkəti “Android” əməliyyat sistemində boşluqların aşkarlanması üçün mükafatların ödənilməsi proqramını genişləndirərək maksimal məbləği 1,5 milyon dollaradək artırıb.

“Google” şirkəti “Pixel” qurğularında “Titan M” məsafədən müdaxilə təhlükəsizlik modulu üçün kod zəncirini aşkarlayan hakerlər üçün mükafatı 5 dəfə (1 milyon dollaradək) artırıb. “Android Security Rewards” proqramı “Pixel 4”, “3a”, “3a XL”, “3” və 3 “XL” qurğuları üçün nəzərdə tutulub.

Bundan başqa, proqram iştirakçılarına “Android” sisteminin sonuncu olmayan versiyalarında aşkarlanan eksploytların istifadəsi üçün 500 min dollar əlavə mükafat ödəniləcək. Həmçinin ekran bloklama sistemini açmaq üçün 100 min dollaradək mükafat veriləcək.

“Titan M” məxsusi olaraq “Verified Boot”, diskin şifrlənməsi, ekran bloklanmasının mühafizəsi, təhlükəsiz tranzaksiyalar və s. kimi məxfi məlumat və proseslərin emalı üçün nəzərdə tutulan ayrıca çipdir.

Hazırda ən böyük mükafatın sahibi “Pixel 3” qurğularında məsafədən kodun yerinə yetirilməsinə səbəb olan eksploytlar zəncirinə görə “Alpha Lab” şirkətinin mütəxəssisi olub. Ödəniş məbləği 201 337 dollar təşkil edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanda doğulanda 300 sümük olur, böyüyəndə isə 206-sı qalır

Redaktor seçimi

SON XƏBƏRLƏR