Slimfit
  1. AZƏRBAYCAN

Goodbye ərəb — welcome ərəb:

Goodbye ərəb — welcome ərəb:
Sakura

Bakıda BƏƏ-liləri səudiyyəli və küveytlilər əvəz edir

Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov deyir ki, Birləşmiş Ərəb Əmirliklərindən olan turistlərin sayında azalma var.

Azərbaycanda Birləşmiş Ərəb Əmirliklərindən olan turistlərin sayında azalma müşahidə edilir.

Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov məlumat verib.

Onun sözlərinə görə, bunun səbəbi Azərbaycanla Gürcüstan, Türkiyə, Tailand, Malayziya, Sinqapur, Qazaxıstan, eləcə də Avropa ölkələri arasında turistlər uğrunda gedən rəqabətdir.

Bağırovun deyib ki, BƏƏ-dən olan turistlər ən yaxşı turistlər hesab olunur. Onlar zəngin və yaxşı pul xərcləyəndirlər. Lakin söz zamanlar onlar daha çox Balkan ölkələrinə meyl göstərməyə başlayıblar.

Lakin bu, ümumilikdə Azərbaycanın turizm bazarındakı vəziyyətə o qədər də təsir etməyib. Çünki bu boşluğu digər ölkələrdən gələn əcnəbilər doldurur. 

Misal üçün ölkəmizə Səudiyyə Ərəbistanı və Küveytdən istirahətə gələn turistlərin sayı artıb. Bunun nəticəsində Bakıdakı, eləcə də regionlardakı otellərdə yer çatışmazlığı müşahidə edilir. Son günlərdə ölkəmizdə bu mənzərə xüsusilə qabarıq hiss olunur.

Bununla yanaşı, AR Dövlət Statistika Komitəsinin məlumatına görə, 2018-ci ilin yanvarından iyun ayına qədər Azərbaycan otellərində gecələyənlərin sayı 1,289 milyon nəfər olub. 2017-ci ilin analoji dövrü ilə müqayisədə bu rəqəm 19,3% yüksəlib.

Qonaqların 62%-i Bakıda, 9,7%-i Qəbələ rayonunda, 5,1%-i Qusarda, 4,5%-i Naftalanda, 3,6%-i Qubada, 3,4%-i Naxçıvanda, 1,5%-i Xaçmazda, 1,1%-i Ağstafada, 9,1%-i isə digər rayon və şəhərlərdəki otellərdə qalıblar.

Nəticədə, 2018-ci ilin birinci yarısında otellərə turizmdən gələn gəlir 167 milyon manat olub. Onlardan 66,3%-i yalnız istifadəyə verilmiş otel nömrələri üçün odənilən vəsaitdir.

Yeri gəlmişkən, respublikamızda iyul ayına qədər otel otaqlarının dolma faizi orta hesabla 20,8% təşkil edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan Milli İncəsənət Muzeyinin açılışı. Bakı, 6 may 1937-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR