Slimfit
  1. CƏMİYYƏT

Gömrük baxışı zamanı müsadirə edilmiş əmlakları ələ keçirən şəxs məsuliyyətə cəlb edilib

Gömrük baxışı zamanı müsadirə edilmiş əmlakları ələ keçirən şəxs məsuliyyətə cəlb edilib
Sakura

Gömrük baxışı zamanı müsadirə edilmiş əmlakları ələ keçirən şəxs məsuliyyətə cəlb edilib

  Dövlət Gömrük Komitəsinin vəzifəli şəxsləri barəsində həmin qurumdan Baş Prokurorluğa daxil olmuş materiallar üzrə araşdırma aparılan zaman “Capitals Auction” MMC-nin vəzifəli şəxslərinin cinayət əməlləri ifşa edilib.

Ens.Az xəbər verir ki,Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan istintaqla Anar Cəlilovun qeyd olunan MMC-nin direktoru vəzifəsində işləyərkən Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin rəsmi məktubu əsasında təhvil aldığı 30 min manat dəyərində müsadirə edilmiş dərman preparatlarının guya vətəndaş tərəfindən hərracda daha aşağı qiymətə alınmasına dair rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Anar Cəlilova Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib və cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Baki şəhəri, Qobu Park-1 yaşayış kompleksinin Sakinləri öz vəsaitləri hesabına Şəhid Generalımız Polad Həşimovun əziz xatirəsini belə əbədiləşdiriblər!

Redaktor seçimi

SON XƏBƏRLƏR