Slimfit
  1. AZƏRBAYCAN

Gömrük Akademiyasında I kurs tələbələrinə təlim keçirildi

Gömrük Akademiyasında I kurs tələbələrinə təlim keçirildi
Sakura

Gömrük Akademiyasında I kurs tələbələrinə təlim keçirildi

Sentyabrın 18-də Dövlət Gömrük Komitəsinin Daxili təhlükəsizlik idarəsinin əməkdaşları - polkovnik Elxan Əhmədov və polkovnik-leytenant Vəli Həsənli Dövlət Gömrük Komitəsinin Akademiyasının (DGKA) “İqtisadiyyat” və “Hüquqşünaslıq” ixtisaslarına qəbul olunmuş I kurs tələbələrinə Komitənin “Etik davranış kodeksi” və daxili intizam qaydaları haqqında təlim keçiblər.

DGK-dan Axar.az-a verilən məlumata görə, təlimdə tələbələrə “Etik davranış kodeksi”nin tələbləri haqqında geniş məlumat verilib, gömrük sistemində çalışan əməkdaşlar tərəfindən etik kodeksin tələblərinin yerinə yetirilməsinin zəruri olduğu qeyd edilib. Etik davranış kodeksinin ayrı-ayrı maddələri, xidməti mühitdə davranışın əsas prinsipləri geniş şərh edilib. Həmçinin tələbələrə gömrük orqanları əməkdaşlarının geyim forması və onun daşınması, peşə məsuliyyəti haqqında da ətraflı məlumat verilib.

İnteraktiv şəkildə keçən təlim tələbələr tərəfindən maraqla qarşılanıb.

Komitənin əməkdaşları tərəfindən bu cür təlimlər mütəmadi olaraq keçiriləcək. Təlimlər Akademiya tələbələrinin gələcək iş sahələri üzrə daha geniş məlumat və təcrübi biliklərin əldə edilməsinə imkan yaradacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yəhudi alimlər sübut edib ki, bir insan 3 gün davamlı yuxuya gedib yatarsa, o zaman o ayılanda kim olduğunu unudar!

Redaktor seçimi

SON XƏBƏRLƏR