Slimfit
  1. AZƏRBAYCAN

Gömrük Akademiyası yeni bina ilə təmin ediləcək

Gömrük Akademiyası yeni bina ilə təmin ediləcək
Sakura

Gömrük Akademiyası yeni bina ilə təmin ediləcək

"Təəssüflər olsun ki, 2009-ci ildən bakalavr pilləsi üzrə ixtisasların sayı 700-dən azaldılaraq 140-a endirilib"
Azvision.az -ın məlumatına görə, bunu Dövlət Gömrük Komitəsi Akademiyasının rəisi Qulu Novruzov bildirib. Onun sözlərinə görə, ləğv olunan ixtisaslar arasında gömrük işi ixtisası da var: "Həmin vaxtdan etibarən gömrük işi ixtisasına qəbul dayandırıldı. Nazirlər Kabinetinin bu qərarından sonra prezidentin sərəncamı ilə akademiya yaradıldı. 2014-cü ildə akademiya fəaliyyətə başladı". 

Q.Novruzov təəssüflə qeyd edib ki, hələ də gömrük işi ixtisasının təsnifata salınmasına nail olunmayıb: "Bu barədə Dövlət Gömrük Komitəsi tərəfindən müvafiq qurumlara müraciət edilib. Ümid edirik ki, adiyyatı orqanlar bu işə konstruktiv yanaşacaq. Onu da deyim ki, bu gün hazırlanan gömrük mütəxəssisləri 2009-ci ilə qədər hazırlanan mütəxəssislərdən köklü şəkildə fərqlənir". 

O, həmçinin bildirib ki, akademiyanın yeni binası olacaq: "Dövlət Gömrük Komitəsinin Akademiyası yaxın bir ildə yeni bina ilə təmin ediləcək". 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşalı kişi, 1890-cı il.

Redaktor seçimi

SON XƏBƏRLƏR