Slimfit
  1. CƏMİYYƏT

Gömrük 25 ədəd maşın satır

Gömrük 25 ədəd maşın satır
Sakura

Gömrük 25 ədəd maşın satır

Dövlət Gömrük Komitəsi müxtəlif markadan olan 25 ədəd avtomobili hərraca təqdim edib.

Axar.az xəbər verir ki, hərraca çıxarılan avtomobillər Komitənin Avtomobil Nəqliyyatı İdarəsinə məxsusdur.

Komitə auksiona 4 ədəd “Nissan Maxima”, 4 ədəd “Daevo”, 9 ədəd “Hunday Elantra”, 4 ədəd VAZ-21214, 2 ədəd UAZ-3153 və hərəsindən bir ədəd olmaqla “Şevrolet Niva 2123L”, “Pejo 406 ST” avtomobilləri təqdim edib.

Hərracın ən yüksək qiymətə təqdim edilən avtomobili “Nissan Maksima”dır ki, onun ilkin satış qiyməti 6000 manatdan başlayır.

 

Hərracın ən ucuz qiymətə təqdim edilən avtomobili isə “Daevo Neksia”dır. Avtomobilin ilkin satış qiyməti cəmi 1500 manat müəyyən edilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İstanbulun təyyarədən görünüşü

Redaktor seçimi

SON XƏBƏRLƏR