Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Göbələk qaraciyərin düşmənidir

Göbələk qaraciyərin düşmənidir
Sakura

Göbələk qaraciyərin düşmənidir

Yüksək ölüm riskinə baxmayaraq, təbiətdən toplayaraq göbələk yemək vərdişi hələ davam edir. Ölüm və ya qaraciyər çatışmazlığı ilə nəticələnən zəhərlənmələr ürək bulanması, qusma, ishal, atəş, getdikcə artan şüur itkisi kimi əlamətlərlə özünü göstərir. Qaraciyər nəqli göbələk zəhərlənməsinin ölüm faizini minimuma endirir.

Medpress.az xarici mediaya istinadən göbələk zəhərlənmələri və müalicə üsulları haqqında məlumat verir.

Bir dənəsi belə ölümə aparır

Göbələk, yaz və payız kimi yağışın çox olduğu dövrlərdə yetişir. Göbələyin zəhərli olub-olmadığını anlamaq təcrübə tələb edir. Tibbi baxımdan çox təhlükəlidir. Zəhərli göbələyin tək bir dənəsi belə adamı qaraciyər çatışmazlığına, ağır qaraciyər komasına və müalicə olunmadıqda ölümə aparır. Bu dövrdə adətən kütləvi şəkildə məğlub olduğu üçün ailə faciələri rastlaşılır. Bunların bir qismi müalicəylə geri qaytarılarkən, bir hissəsində qaraciyər nəqli lazımdır. Qaraciyər nəqli olmayan xəstələrdə ölüm nisbəti yüksəlir.

Göbələk yeyildikdən sonra ürək bulanması, qusma, ishal, atəş, getdikcə artan şüur itkisi kimi ilk bir neçə gün içərisində inkişaf edən əlamətlər görünür. Bu dövrdə müdaxilə edilməzsə, xəstəni itirə bilərsiniz.

Zəhərli göbələk qaraciyər düşməni

Dərmanla müalicəsinə baxmayaraq vəziyyəti düzəlməyən xəstələr üçün qaraciyər nəqli həyatın xilaskarı olur. Nəqldə zəhərli olan və funksiyası tamamilə bitmiş olan qaraciyər çıxarılaraq yerinə yeni bir qaraciyər nəql edilir. Nadir hallarda əgər qanda hələ də zəhərlər varsa, yeni qoyulan qaraciyərdə də qaraciyər çatışmazlığı yaranır.

Həyatınızı riskə qoymayın

Göbələk zəhərlənmələrinin qarşısını almaq üçün nəzarətdən keçmiş qidaları istifadə etmək lazımdır. Zəhərli-zəhərsiz ayrı-seçkiliyini edə bilmək olduqca çətin olduğundan təbiətdən toplanan göbələklərin yeyilməsi ölümcül nəticələrə yol aça bilər. Göbələk zəhəri isə qaraciyərə mütləq təsir göstərir. Adama görə təsir etməsi də fərqli olur. Bununla yanaşı, az və ya çox qaraciyərə ziyanı mütləq baş verir.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qarğa yoxsa pişik?

Redaktor seçimi

SON XƏBƏRLƏR