Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Gilas suyunun bu günə qədər bilmədiyimiz faydaları

Gilas suyunun bu günə qədər bilmədiyimiz faydaları
Sakura

Gilas suyunun bu günə qədər bilmədiyimiz faydaları

Gilas suyu ürəyə çox faydalıdır. Amma bundan başqa bir çox xəstəliklərdə də çox müsbət təsirləri var.

Ölkə.Az” gilas suyunun bu günə qədər bilmədiyimiz faydalarını oxucuları ilə bölüşür.

Diabet xəstələri üçün yaxşıdır
Gilas suyunun tərkibində qlisemik indeks çox aşağı səviyyədədir. Bu səbəbdən diabet xəstələri vişnə suyunu rahatlıqla içə bilərlər. 

Keyfiyyətli yuxu

Gecə yuxuya gedə bilməyənlər oyandıqdan 30 dəqiqə sonra və hər yeməkdən 30 dəqiq əvvəl bir az vişnə suyu içsin. Gilasın tərkibi melatoninlə zəngindir.

Qarın yağlarını azaldır

Gilas suyu metabolizmanı sürətləndirir, qarında yığılan yağları yandırmağa kömək edir. Yay ərzində vişnə suyu içmək qarın bölgəsindəki yağları əridir

“Alzheimer” xəstəliyinə qarşı qoruyur

Gilas suyunun tərkibi antioksidantla zəngindir. Bu isə yaddaşı gücləndirir. Müntəzəm olaraq vişnə suyu içmək “Alzheimer” xəstəliyinə qarşı orqanizmi qoruyur.

Dərinin qocalmasının qarşısını alır

Meyvələr arasında ən çox gilasın tərkibində antioksidant var. Antioksidantlar orqanizmdəki sərbəst radikallarla savaşaraq dərinin qocalmasının qarşısını alır. Gündə bir stəkan vişnə suyu içmək qocalmanı yavaşladır. Eyni zamanda gilas suyu digər dəri xəstəliklərinin də müalicəsində istifadə edilir.

Ürəyə faydalıdır

Gilasın tərkibində potasium maddəsinin miqdarı çoxdur. Bu isə ürək döyüntüsünü stabilləşdirir, yüksək qan təzyiqini aşağı salır. Bundan başqa xolesterolu da azaldır

Bağırsaq xərçənginə qarşı

Gilas suyunun tərkibində xərçəngin qarşısını alan bir sıra vitamin və mineral var. Gilas suyu xüsusən də bağırsaq xərçənginin qarşısını almaqda çox effektivdir. Antioksidantlar xərçəngə səbəb olan radikalları parçalayır.

Əzələ ağrısına qarşı

Bir stəkan gilas suyu əzələ ağrılarını azaldır. İdmandan əvvəl və ya sonra gilas suyu içmək əzələ ağrıları üçün faydalıdır.

Digər problemlər

Gilasa qırmızı rəng verən maddə yüksək xolesterol və qan təzyiqini stabilləşdirir, diabet və ürək problemlərinin qarşısını alır. Gilas suyu içmək ürəyə faydalıdır və infarktın qarşısını alır.

Hikmət Həsənov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məcburi köçə məruz qalan Bolqar Türklərinin qatardan çıxış anı 1989-cu il

Redaktor seçimi

SON XƏBƏRLƏR