Slimfit
  1. AZƏRBAYCAN

Geyim və əczaçılıq məhsullarının istehsalı azalıb

Geyim və əczaçılıq məhsullarının istehsalı azalıb
Sakura

Geyim və əczaçılıq məhsullarının istehsalı azalıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 66 milyon 728,1 min manatlıq geyim istehsal olunub.

Dövlət Statistika Komitəsindən Oxu.Az-a verilən məlumata görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 4 milyon 910,6 min manat və ya 6,9% azdır.

Hesabat dövründə ölkədə 20 milyon 617 min manatlıq dəri və dəri məmulatları, ayaqqabı istehsal olunub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 26,6% artıb. 

Eyni zamanda, emal sektorunda avtomobil, qoşqu və yarımqoşquların istehsalı 26,5 dəfə, poliqrafiya məhsullarının istehsalı 2,9 dəfə, tütün məmulatlarının istehsalı 2,5 dəfə, elektrik avadanlıqlarının istehsalı 2,4 dəfə, mebel istehsalı 2,1 dəfə, tikinti materiallarının istehsalı 28,9 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 21,0 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 13,3 faiz, içkilərin istehsalı 10,6 faiz, kağız və karton istehsalı 6,8 faiz, kimya sənayesi məhsullarının istehsalı 3,8 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 0,1 faiz artıb. 

Hazır metal məmulatlarının istehsalı 1,2 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 4,7 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 11,7 faiz, əczaçılıq məhsullarının istehsalı 12,9 faiz, maşın və avadanlıqların istehsalı 17,7 faiz, sair nəqliyyat vasitələrinin istehsalı isə 65,6 faiz azalıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsan bütün həyatı boyu orta hesabla 100.000km qət edir

Redaktor seçimi

SON XƏBƏRLƏR